Qarpız dilimləri peçenyesi

Son güncelleme: 20.04.2010 12:15
  • noimage


    Tərkibi:
    120 qr şəkər
    150 qr kərə yağı
    1 yumurta
    265 qr un
    1 ç.q. quru maya
    1 çimdik duz
    Vanil,kişmiş
    Qırmızı və yaşıl qida boyalar


    Hazırlanması:


    Kərə yağı şəkərlə ağarana qədər mikserlə 10 dəqiqə çırpılır.Yumurta,duz və vanil əlavə olunub qarışdırılır.
    Un və quru maya əlavə olunub,əvvəlcə qaşıqla qarışdırılır,sonra da əllə xəmir yaxşıca yoğrulur.


    Alınan xəmir 3 hissəyə ayrılır.Şəkildəki kimi,biri böyük,biri orta biri kiçik kündələr alınır.


    Kiçik kündə yaşıl rəngli qida boyası ilə,böyük kündə qırmızı qida boyası ilə yoğrulur.Orta boy kündə isə olduğu kimi qalır.
    Qeyd: qida boyaları azca su ilə isladılır,diqqət etmək lazımdır ki,suyu çox olmasın.
    Bundan sonra hər bir kündə ayrıca folqaya sarılaraq soyuducuya 2 saatlığa qoyulur.


    Ağ xəmir yağlı bişirmə kağızı üzərində 22 sm х 9 sm ölçüsündə yayılır


    Qırmızı xəmir 22 sm uzunluğunda silindr formasında düzəldilərək ağ xəmirin kənarına qoyulur


    Ağ xəmir ehmalla rulet formasında bükülür(içərisində qırmızı xəmir qalmaqla)

    Sonra da yaşıl xəmir yenə 22 sm х 9 sm ölçüsündə yayılır və ağ-qırmızı xımirli rulet yaşıl xəmirin kənarına
    qoyularaq,o da rulet şəklində bükülür.


    Üç rəngli rulet qidalar üçün olan klyonkaya sarılıb,3-4 saatlığa soyuducuya qoyulur.
    Rulet soyuducuda nə qədər çox qalsa,bir o qədər yaxşı alınır.


    Rulet soyuducudan çıxarılaraq 1sm qalınlığında şəkildəki kimi kəsilir\daha incə kəsilərsə tez qırıla bilər.


    "Qarpız dilimləri"ni elektrikli sobaya qoymadan öncə üzərlərinə ya kişmiş basdırılır



    Ya da zövqə görə kişmiş yerinə şokalad çipsləri də qoyulur




    Elektrik sobası 180 dərəcədə isidilir.Bişirmə müddəti 10 dəqiqədir.Peçenyelər bişdikdən sonra,
    sobadan çıxararkən yumşaq halda ortadan ikiyə bölünür.Sonra sərtləşdiyinə görə bölərkən qirila bilər.
    Qeyd edim ki, bişirmədən öncə də peçenyeləri ikiyə bölə bilərsiniz.




    Hə, ay Xanımlar! Bu üsulla aşbazlıq yaradıcılığınızı işə salıb müxtəlif meyvə dilimləri görünüşündə peçenyelər
    hazırlayaraq evdəki yaxınlarınızı,evladlarınızı sevindirə bilərsiniz.
    Aşağıdakı şəkildə eyni üsulla portağal dilimi peçenyesi göstərilir.




    Nuş olsun!
#20.04.2010 12:15 0 0 0