Avstraliya, Melbourne Universitetində aparılan bir təcrübədə baxışların izlənilməsiylə insanın nə düşündüyünü anlamanın mümkün olduğu ortaya çıxdı.
Təcrübədə sağ əlini istifadə edən 12 könüllü, qaranlıq bir otağa qoyularaq 1-dən 40-a qədər ədədlər düşünmələri istəndi. Könüllülərin qaranlıq otaqda böyüyən gözbəbəyi hərəkətləri detallı bir şəkildə izlənilərək qeyd edildi.
Nəticələrdə, gözü "bir parça sola və aşağıya" hərəkət edən könüllülərin, seçdiyi bir sonrakı ədədin bir əvvəlkindən daha kiçik olduğu; "sağa və yuxarı doğru" hərəkət edənlərinkinin isə daha böyük olduğu təsbit edildi.
Yüzdə altmış düzgünlük payı əldə edilən araşdırmayla, "düşüncə oxuma"nın şüursuzca ortaya qoyulan üz ifadələri üzərindən reallaşdırıla biləcəyi və göz hərəkətlərinin böyük əhəmiyyət daşıdığı ortaya çıxdı.Dr. Michael Nicholls, "Gözlərimiz zehinimizin fəaliyyətinə açılan bir pəncərə xüsusiyyətindədir" dedi.
Google və Amerikan Geospatial Intelligence Agency şirkətinin birliyi nəticəsində kosmosa göndərilən "GeoEye-1dən" dünyanın fərqli bölgələrindən çox maraqlı görüntülər gəldi.
Kosmosdakı ən yeni ticari göstərmə peyki olan GeoEye-1, Gözlərini açar açmaz qarşısına tutduğu ilk görünüş isə Pensilvanyanın şərqində olan Kutztown Universiteti Kampusu olmuşdu.
2008-ci ildə bəri fəaliyyətini davam etdirən peykdən insan gözü görməyən yerlərin qəribə mənzərələri gəlir.Yer üzündən 783 kilometr yüksəklikdən çəkilən fotoşəkillərdə; Məktəbin futbol sahəsindəki logolar, tennis meydançası və avtoparkda olan avtomobillərin hamısının görülə bilər olması, rəqib firmaların uçuş yüksəkliyindən (təxminən 5 min metr) çəkdikləri fotoşqraflar qədər keyfiyyətli görünüş verilə bildiyini sübut etdi.
GegEyenin son fotoşəkilləri arasında; Dubai International Airport, Çin və ABŞdakı iki fərqli səhra, Peru və Bükreşdən mənzərələrələr, Mozambikdə qumlar arasında bir qəsəbə, Arkansasda bir bölgə, Koreyadakı olimpiada kəndi, Astraliya, Bruklinsky Körpüsü, New York, ulduz şəklindəki Porto Rico, Burj Al Arab təyyarə terminalı və Colorodadan görüntülər var.