Qurani-Kərim Oxumaq Haqqında 20 Hədis

Son güncelleme: 25.02.2012 21:47
  • Hədis - Qurani-Kərim Oxumaq Haqqında 20 Hədis

    1-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: Sizlərdən hər hansı biriniz Allahla danışmaq istəyirsə, Quran oxusun.
    Elmin əvvəlini və axırını (öyrənmək) istəyənlər gərək Quran oxusunlar.

    2-İmam Əli (ə) buyurmuşdur: Ən fəzilətli zikr
    Quran oxumaqdır, çünki bu əməl qəlbin genişlənməsinə və batinin nurlu olmasına səbəb olur.

    3-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur:
    Həddi-büluğa çatmamışdan qabaq Quran oxuyanlara, şübhəsiz ki, hikmət verilmişdir.

    4-İmam Əli (ə) buyurmuşdur: Yeddi yerdən
    başqa vaxtlarda həmişə Quran oxuyun: 1-Rükuda. 2-Səcdədə. 3-Hacətləri
    istəyəndə. 4-Hamamda. 5-Cünub halında. 6-Heyz halında. 7-Nifas halında.

    5-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur:
    Hər kəs Allahın və Onun peyğəmbərlərinin dostu olmaq istəyirsə, Quranı üzündən oxusun.

    6-İmam Sadiq (ə) buyurmuşdur:
    Quranı üzündən oxumaq valideynin əzabını kafir olsa da belə yüngülləşdirir.

    7-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur:
    Quranın mətninə və yazısına baxmaq ibadətdir.

    8-İmam Sadiq (ə) buyurmuşdur:
    Sənin yanında Quran oxunulanda, sakit qalıb qulaq asmaq sənə vacibdir.

    9-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur:
    Hər gecə (Qurandan) on ayə oxuyan şəxs qafillərdən sayılmaz və əgər əlli ayə oxusa, zikr edənlərdən hesab olunar.

    10-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: Quranı
    uca səslə oxuyan şəxs sədəqəni aşkar şəkildə verən,
    yavaş səslə oxuyan şəxs isə sədəqəni gizli şəkildə verən şəxsə bənzəyir.

    11-İmam Sadiq (ə) buyurmuşdur: Mömin bir gənc
    Quran oxusa, (Quran) onun əti və qanı ilə qaynayıb-qarışar
    və qiyamət günündə onun üçün (əzab qarşısında) bir maneə qərar verilər.

    12-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur:
    Məscidlər Qurana görə bərpa edilmişdir.

    13-İmam Əli (ə) buyurmuşdur: Quran
    haqqında düşünün və onu yaxşı başa düşün; çünki Quran qəlblərin baharıdır.

    14-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur:
    Quran oxuyanların ən yaxşısı, şübhəsiz ki, Quran oxuyanda qəmgin olanlardır.

    15-İmam Sadiq (ə) Allaha dua edərək demişdir:
    İlahi! Məni Quranın halalına əməl edənlərdən, haramından çəkinənlərdən, vaciblərini
    yerinə yetirənlərdən, hüdud və qanunlarını icra edənlərdən qərar ver!

    16-İmam Sadiq (ə) Allaha dua edərək demişdir:
    (İlahi!) Quran oxumağı mənim üçün elə qərar ver ki, onu oxuyanda Sən məndən razı qalasan.

    17-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur:
    Öz övladlarınızı üç şeylə tərbiyə edin:
    Peyğəmbərinizə məhəbbətlə, onun Əhli-beytinə sevgi-istəklə və Quran oxumaqla.

    18-İmam Əli (ə) buyurmuşdur:
    Quran gündüzdə yol göstərən, qaranlıq gecədə isə işıq sacandır.

    19-İmam Sadiq (ə) buyurmuşdur:
    Quran (insanı) behiştə göndərib, cəhənnəmdən saxlayır.

    20-İmam Səccad (ə) buyurmuşdur:
    Quran mənimlə olduğu halda, şərqlə qərb arasında yaşayanların
    hamısı ölsə də, mən təklikdən qorxmaram.
#25.02.2012 21:47 0 0 0