Qızıldərililərin mənalı atalar sözləri

Son güncelleme: 14.04.2010 13:56
  • * Allahın sözləri palıd yarpağı kimi saralıb düşməz: şam yarpağı kimi əbədi yaşıl qalar.

    * Arxamda getmə, mən qabaqcıl olmaya bilərəm. Önümdə getmə, təqibçin olmaya bilərəm. Yanımda get, beləcə ikimiz bərabər olarıq. (Ute Qəbiləsi)

    * Eşqi tanııyanda, Yaradıcını da tanıyarsan. (Fox Qəbiləsi)

    * Ovlayacaqsansa ən zəif maralı ovla, çünki möhkəm olanlar yeni nəsilin davamını təmin edəcək.

    * Ağlamaqdan qorxma! Zehindəki iztirab verən düşüncələr gözyaşı ilə təmizlənər.* Barış və xoşbəxtlik hər anda mövcuddur. Barış və xoşbəxtlik hər addımdadır. Ruhun məsələləri üçün siyasi həllər yoxdur.

    * Bir başqasının qəbahəti haqqında danışmadan əvvəl daim öz içinə bax (Sauk Qəbiləsi)

    * Bir düşmən çox, yüz dost azdır. (Hopi Qəbiləsi)

    * Bir dəfə "Al bunu" demək, iki dəfə "Mən verəcəyəm" deməkdən yaxşıdır. (Qəbiləsi bilinmir)

    * Bütün Qırmızıdərililər hər yerdə dayanmadan rəqs etməlidir. Önümüzdəki yaz Uca Ruh gələcək. Bütün ov heyvanlarını geri gətirəcək. Ovdan keçilməyəcək bu torpaqlarda. Bütün ölü Qırmızıdərililər geri gələcək və yenidən yaşayacaqlar. (Wovoka)

    * Dünyadakı hər şeyin bir səbəbi vardır. Hər bitki bir xəstəliyi müalicə etmək üçün bitər. Və hər insan bir vəzifə ilə yaradılmışdır.

    * Düşmənimi cəsur və qüvvətli et! Əgər onu məğlub edərsəm utanmaram. (Apache Qəbiləsi)

    * Əgər hər kəs bir başqası üçün bir şey etsə dünyada ehtiyac içində kimsə qalmaz. Yalnız bir adama kömək et! İndiki üsul bu deyil amma inanıram, insanlar bu yolu öyrənəcəklər.

    * Əgər soruşsanız: 'Səssizlik nədir?' Cavab verərik: O Böyük Ruh' un səsidir. Yenə soruşsanız: 'Səssizliyin meyvələri nələrdir?' Cavab verərik: Öz özünü idarə, gerçək cəsarət demək olan mətanət, səbir, təmkin və hörmət.'

    * Kasıb olmaq, şərəfsiz olmaqdan daha kiçik bir məsələdir.

    * Gözün ilə deyil, ürəyin ilə hökm ver.
#14.04.2010 13:56 0 0 0