* İndiki vaxtda insanlar məlumatı axtarar oldu, hikməti deyil. Halbuki məlumat keçmişdir, hikmət isə gələcək (Lumbee Qəbiləsi)
* Heyvanlar olmadan insanlar nədir ki? Əgər bütün heyvanlar itib gedərsə insanoğlu böyük bir ruh təkliyi içində öləcək. Heyvanlara nə oldusa insanlara da eynisi olar. Hər şey bir-birinə bağlıdır. Yer kürəsinin başına gələn, yer kürəsinin uşaqlarının da başına gələcəkdir.
* Hər birimizin fərqli bir yuxu gördüyünü xatırlatmaqda fayda var.
* Xəyanət yoldaşlıq zəncirini qaraldar, lakin vəfa onu hər zamankindən parlaq edər.
* Yazda yavaş-yavaş get; torpaq ona hamilədir...
* İnsan təbiətdən uzaqlaşdıqca ürəyi qatılaşar.
* İnsanın gözləri elə sözlərlə danışar ki dil onları tələffüz edə bilməz.
* Nemətdə külfətdə 'Böyük Ruh' un əlindədir. Bəzən onun külfəti bizi nemətindən daha çox ağıllandırar.
* Ölülər güc və məlumatlarını bərabərində aparmaz, yaşayanlara əlavə edər. (Hopi Qəbiləsi)
* Sənin vicdanın səndən başqasını təmsil edə bilməz.
* Sevgi ilə yorulmadan irəliləyərik. Sevgi ilə, yalnız onunla başqaları üçün fədakarlıq edə bilərik.
* Son çay quruduğunda, son ağac yox olduğunda, son balıq öldüyündə; ağ adam pulun yeyilməyən bir şey olduğunu anlayacaq.
* Su kimi olmalıyıq. Hər şeydən aşağıda, amma qayadan belə qüvvətli. (Siyu Qəbiləsi)
* Şeytan haqqında danışmayın. Gənclərin ürəyində maraq oyandırar. (Siyu Qəbiləsi)
* Unutmayın uşaqlarınız sizin deyil. Onu yaradandan borc aldınız. (Mohawk Qəbiləsi)
* Yağış yaxşıların üzərinə də yağar, pislərin də..
* Səhvi görən və önləmək üçün əli uzatmayan səhvi edən qədər günahkardır.
* Yaşlılıq ölüm qədər şərəfli deyil. Yenə də çox kimsə onu istər.