Həzrəti Əli Əleyhisəllamın Divanından Bəzi Sözlər

Son güncelleme: 17.04.2010 11:14
  • Həzrəti Əli Əleyhisəllamın Divanından Bəzi Sözlər
    «Sənin həyatın, günün birində sona çatacaq bu fani dünyada bir müddət mövcudluğun saylı bir neçə dəqiqədən ibarətdir.»
    «Hər nəfəs alışında ömüründən bir parça azalar. Demək olar ki səni ölümə yaxınlaşdıran hər nəfəs, eyni zamanda səni yaşadır da.»
    «Səni bir qüvvət bu aləmdən sürüb bir başqa aləmə doğru aparır.»
    «Bu gün başqa bir diyarda səhərlərsən. Və onsuz axşamlarsan. Bununla birlikdə bədənini davamlı olaraq dəyişdirməkdə olduğundan xəbərin belə yoxdur. »
    «Hər şey Allahın əzəmətinə boyun əyər. Və hər şey onun qüdrəti ilə can tapar və onun qüdrəti ilə davam edər.»
    «Üz və əxlaq gözəlliyi hər kasıbın zənginliyidir. Allaha sığınanlara, Allah ən həqiqi və ən gözəl zənginlikləri xəzinəsindən verər.»

    «Zəlil və alçaq olan, ancaq Allaha sığınmaqla onun yolunda getməklə bu haldan xilas ola bilər.»
    «Allah, hər zəif və yazığın qüvvətidir. Onlar ancaq Allahın qüdrəti ilə bu zəif və yazıq duyğulardan xilas ola bilərlər.»
    «Allah, hər iztirab çəkənin sığınacağı tək varlıqdır. İztirab çəkənlər, ancaq varlıqlarını ürəkdən ona həsr etməklə iztirabdan xilas ola bilərlər.»
    «Allah, ondan kömək istəyən qullarının səslərini mütləq eşidər. Və fəryad edə bilməyənin dərdini tökə bilməyənlərin də içindəkilərini oxuyar, bilər.»
    «Ya Rəbb! Səni gözlər görməz ki sənin şanından, qüdrətindən xəbər verə bilsin.»
    «Sən elə bir varlıqsan ki, sənin xüsusiyyətlərini təsvir etməyə çalışanlardan çox daha əvvəl var idin.»
    «Ya Rəbb! Sən yaratdığın məxluqları vəhşilik içində xəlq etmədin.»
    «Və bir mənfəət üçün onlardan öz hesabına heç bir əməl istəmədin.»
    «Sən kimi tələb edəcək olsansa o səndən qaça bilməz.»
    «Və sənə qarşı üsyan edən kimsə, sənin qüdrətinə bir zərər gətirə bilməz.»
    «Və sənə itaət edən, sənin varlığını ucalda bilməz.»
    «Ya Rəbb! Sən yaratdığın şeylərdən, hər şeydən nə qədər böyüksən!»
    «Və onların böyüklüyü, sənin qüdrətinin, əzəmətinin yanında nə qədər kiçikdir.»
    «Ya Rəbbi! Dünyanın nemətləri nə qədər böyük və zəngindir.»
    «Və bu nemətlər, axirətdəkilərə nisbətlə nə qədər kiçik və əhəmiyyətsizdir.»
    «Bir fəlakətə uğradığın bəzi müsibətlərlə qarşılaşdığın zaman, səbir ölçüsünü üstünə götür. Ən yaxşısı budur. Səbrdən, gözəl nəticələr əldə edərsən.»
    «Dostun əhd və peymanını saxla və ona riayət et, bunu saxlamaqla yaxşı içkilərdən alınan ləzzəti alarsan.»
    «Və hər nemətdən sonra Allaha həmd sənə və şükr et ki, o sənə daha böyüyünü lütfkarlıq etsin.»
    «Xalq içində dərəcələrin ən yüksəyinə talib olma. Çünki insan istədiyi deyil, layiq olduğu dərəcəyə nail olar.»
    «Ruzini də hər vaxt halal qapısından istə. Hər vaxt halal qazanmağa çalış ki; sənə hər tərəfdən qat-qat ruzi gəlsin.»
    «Dostun haqqını üzərində vacib bil. Bir gün olar. Ondan da qarşılıq gəlir.»
    «Anana, atana, təqva sahibi olan qonşuna, qohum və tanışlarına hər vaxt yaxşı rəftar et və onların köməklərinə çat .»
#17.04.2010 11:14 0 0 0