Şabalıd təmizlənməsi qaydaları

Son güncelleme: 18.04.2010 21:53
  • noimage

    üfrələrimizin tacı plovlarda çox zaman istifadə olunur.

    Əvvəlcə şabalıdı alarkən necə seçilməsi haqda:

    Şabalıdı seçərkən rənglərinin canlı və sərt olmasına diqqət yetirmək lazımdır. Digər tərəfdən, şabalıdın üzərindəki ləkələrə fikir verin. Digərlərindən daha tündrəngli və ya pis qoxulu şabalıdlardan isə istifadə etməyin.


    Şabalıdı asan təmizləmənin bir neçə yolu vardır:

    Şabalıdları iti bıçağın ucu ilə üst tərəfdən "x" şəklində çərtin və 1 saat soyuq suda saxlayın. Sonra şabalıdları qaynayan suya tökərək yarım saat bişirin. 5 dəqiqəyə qədər qazanın üstünü yun parça ilə örtsəniz, şabalıdların dadı daha gözəl olar. Qaynatdığınız suya 2 damcı zeytun yağı əlavə etsəniz, yaxud qaynatdıqdan sonra soyuq sudan keçirsəniz, şabalıd çox tez və asanlıqla soyular.
#18.04.2010 21:53 0 0 0