Kartoflu kotlet

Son güncelleme: 20.04.2010 12:11
  • noimage


    Türk mətbəxindən elektrikli sobada kartoflu kotlet resepti yeqin ki,xanımlarımıza maraqlı olar
    Tərkibi:
    1 kq qiymə
    1 baş soğan
    2 dilim çörək
    Ətə vurmaq üçün istədiyiniz ədviyyat
    Duz
    2-3 ədəd iri kartof
    2-3 ədəd pomidor
    1 acı bibər
    2 x.q. pomidor suyu və ya tomat
    Su,bitki yağı


    Hazırlanması:


    Soğan və çörək xırdalandıqdan sonra qiyməyə qatılır, duz,ədviyyat vurulub qarışdırılır.
    100 ml su ilə qiymə yaxşıca yoğrulur.Sonra artıq sular süzülür və qiymə bir qədər dinlənməyə qoyulur.
    Qiymədən ovuc böyüklüyündə kotletlər hazırlanıb bitki yağında yarıbişmiş halda qızardılır.
    Kartofların qabığı soyulur,dilimlənir və kotletlərdən həmən sonra qızardılır

    Kartoflu kotlet (foto resept)


    Pomidorlar və bibər halqa şəklində dilimlənir və kartof+pomidor+kotlet sırası ilə soba sinisinə düzülür

    Kartoflu kotlet (foto resept)


    Kartoflu kotlet (foto resept)


    Sıraların arasına bibərlər düzülür

    Kartoflu kotlet (foto resept)


    İçi dolu sini 200 dərəcə isidilmiş sobada 15 dəqiqə bişirilidikdən sonra
    2 x.q. tomat pastası ilə 300 ml qaynar suyu qarışdırıb(bir az duz da əlavə olunur)kartoflu kotletin üzərinə tökülür

    Kartoflu kotlet (foto resept)


    İçi dolu sini təkrara sobaya verilir,bu dəfə soba istiliyi 250 dərəcəyə çıxarılır

    Kartoflu kotlet (foto resept)


    15-20 dəqiqə sonra kartoflu kotletlər hazır olacaqdır

    Kartoflu kotlet (foto resept)


    Bu yeməyi türklər makaron və ya düyü yanında təqdim edirlər

    Kartoflu kotlet (foto resept)


    Nuş olsun! smile
#20.04.2010 12:11 0 0 0