Quş Südü

Son güncelleme: 23.04.2010 09:48
  • noimage


    Tərkibi:
    4 yumurta
    150 şəkər
    150 qr un

    Sufle üçün:
    10 yumurta
    300 qr şəkər
    200 qr kərə yağı
    200 ml süd
    30 qr jelatin
    1 yemək qaşığı un


    Hazırlanması:


    Jelatin 150 ml qaynadılmış və soyudulmuş suda isladılır və 1 saatlığa kənara qoyulur



    Biskvit üçün yumurtalar şəkərlə çırpılır

    Un əlavə edilir,yaxşıca qarışdırılır

    Tort bişirmə formasının dibi yağlanır və biskvit xəmiri formaya tökülərək
    180 dərəcə isidilmiş duxovkada 25-30 dəqiqə bişirilir.Biskvitin hazır olmasını kibrit çöpü ilə yoxlayın

    Sufle hazırlamaq üçün yumurta aöları sarılarından ayrılır və yumurta sarıları 150 qr şəkərlə çırpılır

    Süd əlavə olunur,qarışdırılır

    Un əlavə olunur,qarışdırılır

    Alınan kütlə su hamaına (içi su ilə dolu başqa bir qaba) qoyulur və qatılaşana qədər bişirilir,soyudulur


    Soyudulmuş kütlənin içərisinə yumşaldılmış yağ əlavə edilib mikserlə çırpılır

    Jelatin köpükləri gedənə qədər isidilir,soyudulur

    Yumurta ağları bir çimdik duzla çırpılır

    Qalan 150 qr şəkər də əlavə olunub köpüklənənə qədər çırpılır


    Bu qarışıma jelatin əlavə olunub qarışdırılır

    Sonra yumurta sarısı olan kütlə yumurta ağı olan kütlə ilə qarışdırılıb soyuducuya qoyulur

    Bişmiş biskvit iki yerə bölünür

    Yarım biskvitin üzərinə sufle tökülür,hamarlanır

    Suflenin üzərindən digər yarım biskvit qoyulur və soyuducuya verilir

    Tort hazırdır,zövqünüzə görə bəzəyə bilərsiniz.Təqdim olunan bu reseptdə tortun üzəri şəkərli badamdan hazırlanmış xəmirlə örtülmüşdür


    Bu xəmir yoxsa, 250 qr şokalad su hamamında əridilərək tortun üzəri örtülə bilər
    "Quş südü" tortu kəsildiyi halda bu cür görünür


    Nuş olsun!
#23.04.2010 09:48 0 0 0