Ləziz yay salatı

Son güncelleme: 20.07.2010 12:31
  • Tez hazırlanan dadlı salat

    Ərzaqlar:
    200 qram şampinyon göbələyi (və yaxud göbələyin başqa növləri )
    200 qram toyuq filesi
    200 qram vetçina
    2 ədəd bolqar bibəri
    200 qram ananas dilimləri
    30 qram kişmiş
    30 qram qoz ləpəsi
    Mayonez
    Hazırlanma qaydası:
    Konservləşdirilmiş şampinyon göbələklərini nazik dilimlərlə doğrayın (bir az iri göbələkləri salatın bəzəməyi üçün saxlayın).
    Toyuq filesini suda qaynadıb bişirin. Vetçinanı xırda-xırda doğrayın. Bolqar bibərini, ananas dilimlərini xırda kub formasında doğrayın. Kişmişi təmizləyib, qoz ləpəsini isə xırdalayın.
    Ərzaqların hamısını birləşdirib, üzərinə mayonez əlavə edib qarışdırın. Salatı süfrəyə verərkən, zövgünüzə uyğun bəzəyə bilərsiz. Nuş olsun!
#25.04.2010 23:07 0 0 0
  • he cox teeez hazirlanireeee))
#20.07.2010 12:31 0 0 0