Giriş
Giriş
Üye Ol
Main-Board
22 Yıl 7 Ay 7 Günden beri Online
Konu
İçerik
Üye
Giriş
Giriş
Üye Ol
Ana Sayfa
Azərbaycan
Naxcivanin Duzu Qizi Qarpizi
Naxcivanin Duzu Qizi Qarpizi
1302
Son güncelleme: 28.04.2010 20:30
Leyl-i Lal
Haça dağdan günəş qalxır, baxıram,
Yaylaqların sinəsinə qalxıram.
Tunc zirvələr sıx dumana bürünür,
Boz sürülər yamaclarda sürünür.
Gəlin gəzək, bu da yaxşı güzərdir,
Mələşsə də kərə qoyun, ağ quzu,
Məncə bundan daha xoşdur, gözəldir,
Naxçıvanın duzu, qızı, qarpızı.
Bura mənim öz yurdumdur, elimdir,
İlk baharın məxmər teli telimdir.
Xəzinədir qara torpaq sinəm tək,
Qaranquşlar nəğmə deyir gülərək,
Dad versə də arx üstündə arabir -
Pendir-çörək, yanında da qarpızı;
Ancaq bundan düzü min qat gözəldir,
Naxçıvanın duzu, qızı, qarpızı.
Yayı burda olmusanmı, desənə -
Gün qalxanda günortanın yerinə?
Boz düzlərdə ilqım ləpə vuranda,
Xan çinarın kölgəsində bu anda
Bəd olmayır, əşi, aləm düzəldir -
Ağ ayrana sən qatanda sal buzu,
Bəs atalar necə deyib? - Gözəldir
Naxçıvanın duzu, qızı, qarpızı.
Qaş qaralıb hamı kəndə döndümü,
Üfüqdəki son şəfəqlər söndümü -
Yanmır zəif işartılı lampalar,
İndi burda min kəhkəşan nuru var,
Əməlimiz min qığılcım közərdir,
Eşqimizlə yanır yerin ulduzu.
Ancaq bundan sanmayaq az gözəldir,
Naxçıvanın duzu, qızı, qarpızı.
İslam Səfərli
#28.04.2010 20:30
0
0
0
Önceki Konu:
Hidayət Səfərli
Sonraki Konu:
Batabat Bulagi
Main-Board 2004 - 2026
Üyeler
Toplist
Gündem
Hakkımızda
Kurallar
İletişim
İzmit Su Tesisatçısı