Hərbi Dəniz donanmasının əsgəri güllələndi

Son güncelleme: 12.05.2010 00:23
  • noimage


    Ölən əsgərə öz əsgər yoldaşı tərəfindən 3 dəfə atəş açılıb

    Mayın 10-da Bakı şəhərində Hərbi Dəniz donanmasında xidmət edən əsgər öz əsgər yoldaşı tərəfindən öldürülüb. Ölən əsgər 1990-cı il təvəllüdlü Elçin Kərimovun qohumlarının Lent.az-a verdiyi məlumata görə, o, hələlik adı açıqlanmayan Şəmkir rayonundan hərbi xidmətə çağırılmış əsgər yoldaşı tərəfindən avtomatla qətlə yetirilib.

    Bakı Hərbi Prokurorluğu hadisənin baş verməsini Lent.az-a təsdiqləyib və hadisənin donanmanın qurudakı postunda baş verdiyini bildirib.

    Elçin Kərimovun qohumlarının söylədiyinə görə, 1 il, 6 ay qulluq edən əsgərin hərbi xidmətinin bitməsinə 50 gün qalıbmış.

    Vüsalə Cənnətova, Vüqar Baba

    Qaynaq:LENT.AZ
#12.05.2010 00:23 0 0 0