Portağal şirəsində bişirilmiş toyuq

Son güncelleme: 12.05.2010 01:00
  • Portağal və toyuğun döş ətini sevənlər üçün ləziz resept


    Ərzaqlar:

    Bir toyuğun döş əti (file)

    2-3 ədəd portağal

    kərəyağı

    duz, istiot

    Hazırlanma qaydası:

    Toyuğun döş ətini yuyub, iki hissəyə bölün. Üzərinə duz və istiot səpin. Tavada kərə yağında toyuğu bir tərəfindən 3-4 dəqiqə ərzində qızardın. Sonra toyuğu o biri tərəfinə çevirib 180 dərəcə qızdırılmış sobada 8 dəqiqə ərzində bişirin.

    Portağalları yuyub, 5-6 dilim kəsib kənara çəkin. Qalan portağalın qabığını soyub, xırda-xırda doğrayıb bir boşqaba yerləşdirin. Həmin bu boşqaba yarımçıq qalan və 1 ədəd portağalın şirəsini sıxın.

    Bişmiş toyuğu sobadan çıxarıb, təmiz boşqaba yerləşdirib, kənara çəkin. Həmin toyuq bişmiş tavada isə portağalın kəsilmiş dilimlərini yerləşdirib, üzərinə qabığı ilə olan portağalın şirəsini əlavə edib orta odda bişirin.

    Siropu qarışdırıb, bir az suyu çəkilənə qədər bişirin. Sonra siropun üzərinə bişmiş toyuğu yerləşdirib, bir neçə dəfə çevirərək, tavanın qapağını örtüb istilədin.

    Süfrədə bişmiş düyü ilə verə bilərsiz. Nuş olsun!
#12.05.2010 01:00 0 0 0