İslam və Rəssamlıq

Son güncelleme: 12.05.2010 10:37
  • Dinimizin məqsədi qadağa qoymaq yox, insanları daha yaxşısına cəlb etməkdir. Quranın dediyi qadağalardan başqa hər şeyə icazə vardır. Canlıların rəsmini çəkməyə gəlincə isə bu çox mübahisəli məsələ olub. Bu iddianı deyənlər Qurana əsasən yox, bizə gəlib çatan hədislərə əsasən deyirlər. Görək nə deyir hədislər: Hz. Peyğəmbər canlı bir şeyə bənzər surət düzəldən kimsə üçün belə buyurub: ”Hər kim bir surət düzəldərsə, Allah taala qiyamət günü həmin surətə ruh verənə qədər ona əzab verəcək. O kimsə isə bunu əsla bacarmayacaq”; “Qiyamət günü ən şiddətli əzab rəsm çəkənlərə veriləcək. Onlara deyiləcək: “Yaratdıqlarınızı dirildin” (Buxari, “Libas”, 89, 97); “Allahın yanında əzabı ən şiddətli olan insanlar təsvirçilərdir” (Müslim 6:369); “Bu təsvirləri çəkənlər Qiyamət günü əzab görəcək və onlara deyəcklər ki, bu təsvirlərə can verin” (Müslim 6:368); “Hər bir təcvirçi cəhənnəmdədir. Onun çəkdiyi hər bir surətə Allah qiyamət günü həyat verir və o surət onu çəkənə əzab verər” (Müslim 6:370) və s.

    Oxuduqdan sonra belə qənaətə gəlmək olar ki, rəsm çəkməyin cəzası ağırdır. Maraqlıdır görəsən niyə? Bu qədər şiddətli əzab olduğu halda niyə Quranda bu barədə söz açılmır? Sizinlə bərabər araşdıraq bunu. Hər şeydən əvvəl din adamı kimi yox adı bir araşdırmaçı kimi danışaq.

    Bildiyimiz kimi Quranda ən ağır cəzaya səbəb olacaq hər şey qeyd olub. Zina, oğurluq, haram, yalan, bütlərə inam və s. Bəs görəsən niyə rəsm çəkmə haqqında heç nə yoxdur? Halbu ki, Müslim, Buxari kimi böyük hədis kitabları bunun cəzasını çox ağır olaraq qeyd edirlər. Lap onuda qeyd edək ki, Quranda bəzi şeylərin qadağan olunması xırda və bəzəndə gözə görünməz şəkildə qeyd olunur. Amma rəsm haqqında heç belə formada da yoxdur. Nümünə üçün nəzər salaq : çirkin sözü dilə gətirmə (Nisə 148), mömin olmayanlar salam verəndə onların salamını almaq lazımdır (Nisa 94), sədəqəni dili ilə istəyənlərə yox, istəməyən ehtiyaclılara vermək məsləhətdi (Baqara 273). Əgər peşəkar dilənçi sədəqə istəyirsə, verməyə bilərsən, amma onu acılamaq yaxşı deyil. Ayağını yerə möhkəm basma (yəni təkəbbürlə gəzmə) (İsra 37), ucadan danışma (Luqmən 9), paltarını təmiz saxla (Muddəssir 4) və s. Goründüyü kimi bunlar etik normalar olsa belə Quranda qeyd edilib. Amma cəzası şiddətli cəhənnəm odu olan rəssamlıq haqqında heç nə yoxdur.

    Təbii ki, pis niyyətlədə rəsm çəkilə və ya heykəl düzəldilə bilər. Amma biz burda təmiz niyyətdən danışıb, araşdırma aparırıq. Hədisləri əsas gətirənlər bunu belə izah edirlər: "Şəkil çəkmə bütlərə sitayiş ənənəsilə bağlıdır. Məgər insan öz marağı üçün rəsm çəkə bilməz? Məgər əməllər niyyətə bağlı deyilmi? Halbu ki, məscidə gedənin 2 niyyəti də ola bilər. Namaz qılmaq və ya məscidi partlatmaq. Halbu ki bu hadisələrində şahidi oluruq. Ocaq qalamağında 2 niyyəti ola bilər. Qızınmaq və oda sitayiş etmək. O zaman niyə ocaq haram edilmədi? Rəsm çəkmə bütpərəstliyə meylimi artıracaq? Halbu ki, 2 milyarda yaxın müsəlmanın bütə meyli məntiqə sığan deyil.

    Bəs fotoşəkil çəkən cihazlar? Bu hədislərə əsaslanıb danışanlar bu cihazı haram buyurmurlar. Səbəb : Şəkili insan yox cihaz çəkir. Məgər cihazı işə salan, çəkən və çəkdiyini çıxardan insan deyilmi? Bütpərəstliyə qarşı mübarizədən söhbət gedirsə burda cihazın çəkdiyi şəkildə haram olmalıdır. Belə çıxır ki, mən kimisə odlu silahla öldürsəm o zaman günah məndə yox odlu silahda olar. Çünki bunu odlu silah öldürüb. Bu da məntiqə uyğun olmadı.

    O vaxtlar ortodoksallar rəssamlıq və heykəltəraşlıqla yanaşı, həm də müsuiqini, şeiri də qadağan etmək istəyiblər. Dəqiq elmlərə də hücum olub. Yerin kürə formasında olduğunu qeyd edənləri ruhanilər yalançı peyğəmbər damğası vururdular. Hətta başqa dinləridə nümünə göstərmək olar. Xristianlıq dövlət dini olandna sonra Platonun Akademiyası bağlandı, riyaziyyat qadağan olundu, xəstələrə şəfa vermək yasaq oldu. Hətta yəhudilikdə elə təriqətlər var ki, qəzət oxumağı, televizora baxmağl yasaq edir.

    Zina edəni daşqalaq etmək Yəhudilərdən gəldiyi kimidə rəsm çəkmə qadağanıda yəhudilərdən gəlib. Amma yəhudilərdə bir səbəb var idi. Tövratda açıq-aşkar səbəbi qeyd edilir : "Fəsada uymayasınız və kişi və ya qadın surətində, yerdə olan bir heyvanın surətində, göylərdə uçan qanadlı quş surətində, torpaqda sürünən canlı surətində, suda olan balıq surətində, hər hansı şəklin surətində oyma büt düzəltməyəsiniz” (Təsniyə, 4:16-18). Görürsüz lazım olanı Allah Tövratda qeyd edib. Amma İslamın zamanında lazım olmadığı üçün Quranda qeyd etməyib.

    Sonda sizə Qurandan heykəltəraşlığın qadağan olunmadığı haqqında ayə göstərim : Səba sürəsi 13-cü ayə- Onun (Süleyman) üçün nə istəsə - məbədlər (uca qəsrlər), heykəllər, (min nəfərdən ibarət qonağın və qoşunun birlikdə oturub yeyə biləcəyi) böyük hovuzlara bənzər çanaqlar və yerindən tərpənməyən iri qazanlar düzəldirdilər. Siz, ey Davud ailəsi! (Allaha) şükranlıqla itaət edin! (Bu nemətə şükür edin!) Bəndələrimdən (nemətlərimə) şükür edəni azdır!
    Və sonda onuda qeyd edim ki, Hz. Əlinin adı altında yayılmış şəkillərə aldanıb, o şəkilləri müqəddəsləşdirib, günaha batmaqla özünüzü aldatmayın. Peyğəmbər (s.a.s) və onun sahəbələri və həmçinin 12 imamların heç birisinin şəkilləri çəkilməyib.
#12.05.2010 10:37 0 0 0