Dırnaqlardakı dəyişikliklərin diqqətlə izlənilməsini təklif edən mütəxəssislərə görə, dırnaq sağlamlığı bədənin sağlamlığının da zəmanətidir. Dırnaqda zədə, yuyucu , kimyəvi maddələrlə bağlı olan mənfiliklər istisna olmaqla,digər dəyişikliklər bir çox xəstəliyin xəbərçisi ola bilir.
Amerikan xəstəxanası dermatoloji mütəxəssisiləri dırnaq sağılğı və dırnaqlarda meydana gələ biləcək xəstəliklərlə əlaqədar bu məlumatları verir:
"Dırnaqda boşalma: Dırnağın kökündən ayrılmasıdır. Sədəf xəstəliyi , dırnaq göbələyi, barmaq uclarındakı ekzema, bəzi dərmanlar, anadangəlmə dəri pozuqluqları, qalxanvarı vəzi xəstəlikləri, həddindən artıq tərləmələrdə görülən bu pozuqluğu; müxtəlif zədələr, taxma dırnaqlar, çox günəşdə qalmaq da başlada bilər və ya şiddətləndirə bilər. Dırnağını uzadanlarda özbaşına da onikolizisiya meydana gələ bilər.
Dırnaq qırılmaları: Ən sıx səbəbi dəmir əskikliyi anemiyasıdır. Bundan əlavə, dırnaqların uzun müddət suda qalması, sabun, yuyucu və kimyəvi maddələrə həddindən məruz qalması artıq dırnaq qırılmalarına səbəb ola bilər.
Dırnaqlarda təbəqələnmə: Dırnaqların ucunun hissələr kimi təbəqələrə ayrılmasıdır. Bəzi qan xəstəliklərində, AİDS xəstəliyində və bəzi mədəaltı vəzi xəstəliklərində görülər. Dırnaqların tez-tez isladılıb qurumaları, lak, aseton, həddindən artıq manikür zədələr meydana gətirər.
Sarı dırnaq sindromu: Dırnaqlarda əvvəlcə inkişaf dayanar, bir neçə ay sonra isə dırnaqlar sarı və ya yaşılımtıl rəng alar. Qalınlıqları bəzən normal, bəzən bir az daha qalın olar. Dırnaq ayrılmaları, təbəqələnmə də ola bilər. Barmaq uclarında, üzdə, topuqlarda şişmə meydana gələr.
Həmçinin bu sindromda ağciyər və plevra (ağciyər pərdəsi) xəstəlikləri də olar. Bu üç əlamət ən sıx immun sistem çatmazlıqlarında, bəzi dərmanların istifadəsində , sinir sistemi xəstəliklərində, sinə, ağciyər, sidik qovuqu xərçəngi və limfomada rast gəlinər.