Araz çayından ayrılan yeni qol açılıb

Son güncelleme: 31.05.2010 13:54
  • noimage

    Abid Şərifov və Kəmaləddin Heydərov helikopterlə prosesi müşahidə edirlər

    Araz çayından ayrılan yeni qol açılıb. APA-nın Mil-Muğan bürosunun xəbərinə görə, saat 15.12 radələrində Arazın İmişli rayonunun Bəhramtəpə qəsəbəsindən keçən hissəsi yarılıb və suyun bir hissəsi çayın köhnə məcrasına axıdılır.


    Baş nazirin müavini Abid Şərifov, fövqəladə hallar naziri Kəmaləddin Heydərov helikopterlə prosesi müşahidə edirlər. "Meliorasiya və Su Təsərrüfatı" ASC-nin prezidenti Əhməd Əhmədzadə, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədov, digər hökumət nümayəndələri ərazidədirlər.

    Qaynaq:LENT.AZ
#31.05.2010 13:54 0 0 0