Gisele Bundchen gözəllik sirlərini açıqladı

Son güncelleme: 01.06.2010 13:33
  • noimage

    Məşhur model Gisele Bundchen 29 yaşında və Braziliyalıdır. Gözəlliyini ilk günkü kimi qoruyan Bundchen, formasını daha uzun illər qoruyacaq kimi görünür. Bəs bunun sirri nədədir?

    Çox insan ona həyatında bir dəfə də olsa heyran qalmışdır. Victoria's Secret nümayişlərinin baş manekenlərindən biri olan Gisele, hər səfərində diqqət çəkməyi yaxşı bacarır. İrəliləyən yaşına baxmayaraq hələ də gözəl və cazibədar olmağı necə bacarır görəsən?

    Gisele Bundchen gözəllik sirlərini açıqladı!

    Əslində gözəlliyin genetik olduğu mübahisə olunmaz bir gerçəkdir. Amma tətbiq edəcəyiniz bəzi taktikalarla olduğunuzdan daha gözəl görünməyi bacara bilər, qibtə edilən bir insan halına gələ bilərsiniz. Bunun üçün Gisele-nin taktikaları olduqca işinizə yaraya bilər. Məsələn: ən vacib və imtina edilməz qaydası səhərlər mütləq məşq etməsidir. Səhər məşqlərini, yoga və meditasiyaya çox zaman ayırmağa çalışır. Bu onun ruh halına yaxşı təsir etdiyini və çox rahatlaşdırdığı qətidir.
    Masaj etdirməyi çox sevir. Eyni zamanda günəş vannası qəbul etmək də onun üçün imtina edilməz bir fəaliyyətdir. Çünki xüsusən bu ikilinin özünü gümrah tutduğuna inanır. Təbii günəşə çıxmadan əvvəl 30 faktor qoruyuculu günəş kremini sürdüyünü etiraf etmədən də keçə bilmir!

    Gisele Bundchen gözəllik sirlərini açıqladı!

    Son olaraq da həkimlərin davamlı söylədiyi bir qaydanı tətbiq edir- çox su içir. Özünə bir neçə stəkan məhdudlaşdırması qoymur, amma hər xatırladığında su şüşəsini yanına alır.

    Beləliklə ancaq bunlar... Əgər siz də bunlardan birini ya da bir neçəsini tətbiq etsəniz, qısa müddət içində özünüzü daha yaxşı və gözəl hiss edəcəyiniz qətidir. Təbii bunları edərkən də saç və dəri baxımlarına da laqeyd yanaşmasanız yaxşı olar.
#01.06.2010 13:33 0 0 0