Ermənistan parlamentinin Xarici əlaqələr komissiyası "Dağlıq Qarabağ Respublikasının müstəqilliyinin tanınması haqqında" müxalifətdəki "İrs" Partiyasının hazırladığı qanun layihəsini qəbul etməyib.
APA-nın "Armenia today" portalına istinadən yaydığı məlumata görə, "İrs" və Daşnaksutyun"dan olan 2 deputat qanun layihəsinin lehinə, hökumət koalisiyasını təmsil edən 5 deputat və 1 müstəqil deputat isə əleyhinə səs verib.
"İrs" Partiyası layihənin parlamentin ümumi iclasında növbədənkənar müzakirəsi üçün təşəbbüs göstərmək niyyətindədir. Bu məqsədlə qanun layihəsi parlamentin sədrinə təqdim ediləcək.