İsrail əsgərləri türklərə one minute deyərək hücum ediblər

Son güncelleme: 04.06.2010 10:18
  • noimage




    “Mavi Marmara” gəmisinə hücumun yeni detalları üzə çıxır

    Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın Davos Forumunda İsrail prezidenti Şimon Peresə etirazını bildirərkən dilə gətirdiyi məşhur “one minute” sözü yenə gündəmə gəlib. Lent.az-ın “Milliyyət” qəzetinə istinadən verdiyi məlumata görə, “Yeni Şafak” qəzetinin yazarı Hakan Albayrak deyib ki, Qəzza sektoruna humanitar yük aparan gəmi karvanında olan “Mavi Marmara” gəmisinə hücum çəkən İsrail əsgərləri “one minute” deyərək qışqırırlarmış.

    Jurnalist qeyd edib ki, bu, iki dəfə təkrarlanıb: İsrail əsgərləri gəmini təslim alan zaman yaralıları yerə yatırdılar. Əsgərlər yaralıların üzərinə çıxaraq “one minute” deyirmişlər. Sonuncu gün isə təyyarəyə daxil olarkən bizlərdən birini İsrailli əsgərlər saxlamağa çalışdılar və bizim gənclər buna müdaxilə etdilər. Bu zaman İsrailli əsgərlər “one minute” deyərək hücum çəkdilər.

    Hakan Albayrak “Mavi Marmara” gəmisində bir çox insanın itkin düşdüyünü bildirib: “İtkin düşən insanlar nə təslim edilənlər, nə də yaralılar arasında var. İsraillilərin onları dənizə atdığını güman edirik”.

    “Mavi Marmara” gəmisinə hücum zamanı yaralanan Muhammed İkbal Köseoğlu da İsrailli əsgərlərin onlara təpik ataraq “One minute”ni sizə göstərəcəyik!” dediklərini söyləyib.
    LENT.AZ
#04.06.2010 10:18 0 0 0