"McDonalds" şirkəti "Shrek" cizgi filminin qəhrəmanlarının əksi olan 12 milyon stəkanın yığışdıracaq.
Lent.az-ın "Exo Moskvı" radiosuna istinadən verdiyi məlumata görə, dünyada geniş restoranlar şəbəkəsi mövcud olan "McDonalds" şirkətinin bu addımının səbəbi həmin stəkanlarda zəhərli kadmium (parlaq ağ metal rəngində kimyəvi element) maddəsinin aşkarlanmasıdır.
Bu maddə əzələlərdə güclü ağrıya yol açır və böyrəklər üçün də xüsusən təhlükəlidir. "McDonalds" şirkəti bu stəkanlardan istifadə edən insanları onlardan istifadəni dərhal dayandırmağa çağırıb.
Bu stəkanlar "McDonalds" şirkətinin dünya ölkələrindəki restoranlarının hamısına paylanıb. Rusiyada Səhiyyə Nazirliyi artıq hərəkətə keçib.
Qeyd edək ki, "McDonalds"ın Azərbaycanda 3 restoranı var.