Gəncədə qadın yeni doğulan övladından imtina edib

Son güncelleme: 14.06.2010 12:22
  • noimage


    O, qızının atasını tanımadığını, körpəyə baxmağa imkanı olmadığını deyir

    Gəncə polisi bu günlərdə taleyin ümidinə atılan 2 yeni doğulmuş körpədən birinin valideynini tapıb.

    Belə ki, iyunun 3-də Gəncə şəhər sakini Qasımova Günəş Cəmil qızı Nizami rayon Polis şöbəsinə müraciət edərək, evinin həyətindən körpə qız uşağı tapdığını bildirib. Hüquq-mühafizə orqanı əməkdaşlarının həyata keçirdiyi əməliyyat axtarış tədbirləri nəticəsində 7 günlük qız uşağının anasının Aygün Həsənova olduğu müəyyənləşib.

    Nizami rayon Polis Şöbəsinin rəisi Ağahüseyn Məmmədovun Lent.az-ın Gəncəbasar müxbirinə verdiyi məlumata görə, aparılan araşdırma zamanı məlum olub ki, Gəncə sakini olan Həsənova qızını may ayının 27-də Şəmkir rayonundakı doğum evlərindən birində dünyaya gətirib. Qadın övladının atasını tanımadığı bildirib. Onun haqqında Gəncə sakini olmasından başqa heç bir məlumata sahib olmadığını vurğulayıb. Ana etdiyi hərəkətdən peşman olduğunu bildirsə də, övladını qəbul etmək fikrində deyil. Səbəbini isə maddi imkansızlığı ilə izah edir. Ata və ana nəvazişindən məhrum qalan körpə isə Gəncə şəhər 1 saylı Körpələr Evinə yerləşdirilib.
    Vüsalə Cənnətova

    Qaynaq:LENT.AZ
#14.06.2010 12:22 0 0 0