Gənc Tamaşaçılar Teatrı beynəlxalq festivalda xüsusi diplom qazandı

Son güncelleme: 17.06.2010 14:53
  • Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı Krımın Simferopol şəhərində keçirilən “Bosporskie aqonı” XII Beynəlxalq Antik İncəsənət Festivalında ən yaxşı antik tamaşaya görə xüsusi diploma layiq görülüb.

    Teatrın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, teatr bu diplomu Qilyermo Fiqeyredonun “Ezop” tamaşasına görə qazanıb.


    Festival çərçivəsində Krım Tatar Akademik Musiqili Dram Teatrının binasında keçirilən görüşdə “Bosporskie aqonı” XII Beynəlxalq Antik İncəsənət Festivalı Teatrı müsabiqəsi münsiflər heyətinin sədri, Ukraynanın xalq artisti Kadırova Larisa Nokolayevna, Krım Tatar Akademik Musiqili Dram Teatrının direktoru, Ukraynanın əməkdar incəsənət xadimi Bilal Bilalov, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının direktor müavini Fəxrəddin Dünyamalıyev, Krımdakı Azərbaycan icmasının sədri Rəhim Hümmətov belə festivalların qarşılıqlı yaradıcılıq əlaqələrinin daha da genişləndirilməsi sahəsindəki əhəmiyyətini qeyd ediblər. Daha sonra L.N.Kadırova Ukrayna Mədəniyyət və Turizm Nazirliyi, Krım Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyi, “Bosporskie aqonı” XII Beynəlxalq Antik İncəsənət Festivalı təşkilat komitəsinin diplomunu, Krımdakı Azərbaycan İcmasının sədri R.Hümmətov həmin təşkilatın təşəkkürnaməsini kollektivə təqdim ediblər.


    Sonra Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının uğurlu tamaşalarından biri, görkəmli Braziliya dramaturqu Qilyermo Fiqeyredonun “Ezop” tamaşası nümayiş olunubb və böyük müvəffəqiyyət qazanıb. Tamaşanın quruluşçu rejissoru xalq artisti, professor Cənnət Səlimovadır. Rollarda əməkdar artistlər İlqar Cahangirov (Ezop), Nofəl Vəliyev (Ksanf) və Gülər Nəbiyeva (Kleya), İradə Rəşidova (Melita), Vüsal Mehrəliyev, Rövşən Abbasov çıxış edib.
#17.06.2010 14:53 0 0 0