Badımcan
Ağ pendir ya da holland pendiri
Pomidor
Zeyinyağı
Duz, istiot, kəklik
Tərif
Badımcanları alacalı soyun. Saplarını badımcanların daha gözəl görünməsi üçün kəsməyin. Uzununa ikiyə böldüyünüz badımcanları bir fırça köməyi ilə zeytunyağıyla yağlayın.
Əvvəldən isidilmiş 180 dərəcəli sobada 15-20 dəq. bişirin.
Sobadan götürdüyünüz badımcanları yüngül duzlayın. Xalqa xalqa doğramış olduğunuz pomidorları badımcanların üzərinə yerləşdirin. Bu mərhələdə pomidorları diləsəniz az miqdarda zeytunyağı ilə yağlaya bilərsiniz. Daha ləzzətli olacaq.
Pomidorların üzərinə pendir dilimləri yerləşdirin və ədviyyatları da səpin. Təkrar sobaya verib 10 dəqiqə qədər daha bişirin.
Sobadan götürdükdən sonra üzərini nanə yarpaqları ilə bəzəyib xidmət edin