Dinimizdə paxıllıq və sözgəzdirənlik

Son güncelleme: 27.06.2010 06:08
  • Sizlərin ən pislərinin kim olduqlarını deyimmi? Dedilər buyur ey əziz Peyğəmbər! Həzrət buyurdu:-Söz gəzdirənlər,iki dostun arasında təfriqə yaradanlar və yaxşı insanların eyibini axtaranlar.
    İki nəfər arasında söz gəzdirmək məqsədi ilə hərəkət edən şəxsə Allah təala qəbirdə elə bir od müsəllət edər ki,onu yandırar.Qəbirdən çıxarkən böyük və qara bir ilan onun üstünə çıxar və o şəxs cəhənnəmə daxil olana qədər onun ətini yeyər.
    Meraca gedərkən bir qadın gördüm ki,başı donuz başı,bədəni isə ulaq bədənidir,cürbəcür əzaba düçar olub.Soruşdum ki,bu qadının işi nə olub?
    Deyildi: Sözgəzdirmək,xəbərçilik və yalançılıq.



    Allahın sevdiyi ən yaxşı iş insanın dilini saxlamasıdır.
    Qəbir əzabına düçar olanın çoxu bu üç əmələ görədir: 1.Xəbərçilik 2.Qeybət 3.Yalançılıq
    Ümmətim üçün ən çox qorxduğum şey odur ki, var dövlətləri çoxala və həsəd üzündən bir-birlərini öldürələr.
    Allahın nemətlərinin düməni vardır ki bunlar həmin nemətlərin verildiyi insanlara paxıllıq edənlərdir.
    İnsan nə qədər qocalsa belə iki xisləti onda qalır: tamah və uzun arzu.
    Paxıllıq və iman - ikisi 1 qəlbdə heç vaxt ola bilməz.
    Allah taala cənnəti minnət qoyan,paxıl və sözgəzdirən insanlara haram etmişdir.
#27.06.2010 06:08 0 0 0