QEYBƏT
Rəsuli-əkrəm (s) buyurmuşdur: “Qeybət,insanın dinini puç etməkdə,onun bədənində olan xora xəstəliyindən daha güclüdür ”
Əmirəl- Möminin Əli (ə) buyurur: “Qeybəti eşidən qeybət edən qədər günah qazanar”
Rəsuli-əkrəm (s) buyurur: “Qeybəti tərk etmək Allah yanında on min rəkət namazdan daha əzizdir”.
LAĞ
Əmirəl Möminin Əli (ə) buyurur: “Ən pis adam odur ki,camaatın eyiblərini axtarsın,amma öz eyiblərini görməsin”.
Uca Allah buyurur: “Ey iman gətirənlər! Bir qövm digərini məsxərəyə qoymasın. Ola bilər ki, bunlar onlardan daha yaxşı olsunlar. Qadınlar da qadınları (lağa qoymasınlar). Ola bilər ki, bunlar onlardan daha yaxşı olsunlar. Bir-birinizə tənə vurmayın və bir-birinizi pis ləqəblərlə çağırmayın. İman gətirdikdən sonra fasiq adlanmaq necə də pisdir. Tövbə etməyənlər – məhz onlar zalımlardır”. (əl-Hucurat surəsi, 11)
SÖYÜŞ
İbn Abbas (r.a) rəvayət edir ki, Peyğəmbərin (s.a.s) dövründə iki kişi bir-biri ilə söyüşdü. Onlardan biri söydü, o birisi isə susdu. Peyğəmbər (s.a.s) (onların yanında) oturmuşdu. Elə ki, söyülən adam cavab qaytarmağa başladı, Peyğəmbər (s.a.s) durub getdi. Ondan soruşdular: “(Nə üçün) durub getdin?” O dedi: “Mələklər durub getdilər deyə mən də onlarla bərabər durub getdim. Nə qədər ki, o susurdu mələklər söyən adamın cavabını verirdi. Elə ki, cavab verdi, mələklər ondan uzaqlaşdı”.( İsnadı zəifdir )
Abdullah ibn Məsud (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: “Müsəlmanı söymək fasiqlik, öldürmək isə küfrdür”. (Səhihu-l-Buxari 1/17, Səhihu-l-Muslim 10/464, Musnədu Əhməd 5/181)
Əbu Hüreyrə (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurdu: “İki nəfər söyüşərlərsə, (ilk olaraq söyülən kəs) həddi aşmadığı təqdirdə (hər iksinin) günahı başlayan kəsə yazılar”. (Sunənu Əbu Davud 4/274)
Hədisdən bu nəticə çıxır ki, iki nəfər biri-birini söyməyə başlayarlarsa ilk olaraq söyülən şəxs daha pis və onu söyəndən daha çox söymədiyi təqdirdə hər ikisinin söydüklərinin günahı ilk olaraq söyüşə başlayan kəsə yazılar. Hər ikisi həddi aşdıqda isə hərənin günahı özünə yazılar.
İmam Nəvəvi (Allah ona rəhmət eləsin) demişdir: “İnsanların mübahisə etdikləri zaman adətləri üzrə dedikləri sözlərdən eşşək, keçi, it və s. kimi sözlər işlətməyin iki eybi vardır. Birincisi yalan, ikincisi isə əziyyət verməkdir”. (əl-Əzkər 1/86)
Nəinki insanı hətta heyvanı belə söymək qadağan edilmişdir. Zeyd ibn Xalid (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: “Xoruzu söyməyin! Həqiqətən o, namaza çağırır”. (Sunənu Əbu Davud 4/327)
İnsanın söyüş söyməklə qazandığı böyük günahlardan biri də öz valideynlərini söyməsidir. Abdullah ibn Amr ibn As (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: “Bir nəfərin öz valideynlərini söyməsi ən böyük günahlardandır. Səhabələr: “Kim öz valideynlərini söyər?”– deyə soruşduqda, Peyğəmbər (Allahın ona salavat və salamı olsun) dedi: ”Bəli bir nəfər o birinin atasını söyür, o da qayıdıb həmin şəxsin atasını söyür, anasını söyür o da qayıdıb həmin şəxsin anasını söyür”. (Səhuhu-l-Buxari 7/69, Səhihu Muslim 1/92)
İmam Nəvəvi (Allah ona rəhmət eləsin) demişdir: “Bilin ki, səhabələri söymək haram olan ən böyük günahlardandır”. (Şərhu-Muslim 16/93)
Həmçinin ölmüş kimsəni söymək olmaz. Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: “Ölüləri söyməyin”. (Sunənu Tirmizi 4/353)