Şou-biznesdə növbəti ayrılıq

Son güncelleme: 01.07.2010 00:30
  • noimage

    Şou-biznesdə övladı həyat yoldaşından ayrılan şəxslər sırasına Firuzə İbadova da qoşulub.

    Lent.az-ın məlumatına görə, Firuzə İbadova "Çal-çağır" proqramında qızı Hülyanın həyat yoldaşından ayrı yaşadığı barədə xəbəri təsdiqləyib.

    Müğənni deyib ki, qızı və kürəkəni ayrı yaşayırlar: "Kürəkənimdən çox razıyam. Qızımın və nəvəmin yanına gedib-gəlir. Lakin o, Azərbaycanda yaşaya bilmir. Mən də razı deyiləm ki, qızım uzaqda körpəsi ilə yaşasın. Əgər qızımla həyat yoldaşı ayrı yaşayırlarsa, onda elə demək olar ki, onlar ayrılıblar..."

    Müğənni qızının rəsmən boşanmadığını da deyib: "Onlar sadəcə bir-birlərindən uzaqda yaşayırlar".

    Qeyd edək ki, F.İbadovanın qızı Hülyanın 17 aprel 2008-ci ildə Bakıda təmtəraqlı toy mərasimi keçirilmişdi. Müğənni qızını toydan sonra Kanadaya yola salmışdı. F.İbadovanın Hökümə adlı 1 qız nəvəsi var.

    Nəzrin
#01.07.2010 00:30 0 0 0