Qeyri - rəsmi qanunlar

Son güncelleme: 01.07.2010 12:32
  • Adamları işlətmək prinsipi
    Bir neçə adam küçədə Hacı Zeynalabidinə rast gəldikdə,balıqçıların tənbəlliyindən,bazarlarda balıq qıtlığından şikayət edirlər.Sabahı gün Hacı faytona minib balıq vətəgələrindən birinə yollanır.Orada təzə tutulmuş,cabalayan balıq gətizdirir,barmağındakı brilyant üzüyü çıxarıb məftillə balığın quyruğuna bənd edib dənizə buraxdırır.Bu xəbər bütün vətəgələrə yayılır...iki gündən sonra şəhər bazarlarına o qədər balıq gətirilir ki, tərpənmək olmur.
    Merfi Qanunu
    Əgər nəyisə etmək üçün iki və daha çox üsul varsa,özü də bu üsullardan biri bədbəxtliyə aparıb çıxarırsa,kimsə gedib məhz bu üsulu seçəcək.
    Arons qaydası
    Müsbət keyfiyyətlərin həddən artıq çoxluğu bəzi hallarda insanın cazibədarlığının aşağı düşməsinə səbəb ola bilər.
    Ünsiyyət paradoksu
    Öz fərdiliyini açmaq üçün insan digər insanlarla ünsiyyətə girməlidir.Lakin məhz insanlarla ünsiyyətə girmək üçün o, öz fərdiliyini məhdudlaşdırmalıdır.

    Fizioqnomikanın həqiqəti
    Gözləri bir anlıq yayındırma onun əlamətidir ki,sizin təklifiniz mövcud şəxsin xoşuna gəlməyib və sizi rədd cavabı gözləyir.
    Məsləhətin paradoksu
    Ağıllının məsləhətə ehtiyacı yoxdur,axmaq isə onsuzda bu məskəhətdən istifadə edə bilməyəcək.
    Marian qanunu
    Həmişə axtarmadığını tapırsan.


    Kerlson prinsipi
    Həftənin beş gününü,bazar ertəsindən başlayaraq,cümə günü daxil olmaqla,siz rəqiblərdən geri qalmamaq üçün işləməlisiniz.Şənbə və bazar günləri isə onları geridə qoymağa çalışmalısınız.
    Buba qanunu
    İtirdiyini həmişə ən axırıncı cibində tapırsan.
#01.07.2010 12:32 0 0 0