5 gündə özünüzə güvənin

Son güncelleme: 12.07.2010 17:05
  • Özünə inam sahibi olmağı hansımız istəməyik? O zaman vəziyyəti gözümüzdə böyütməyək və bunu dərhal bacaraq!


    1-ci gün: Özünə inam özünü sevməkdir...

    Xüsusilə qadınlar tənqidə, müqayisə etməyə olduqca meyllidirlər. Burada tənqid etdiyimiz özümüz, müqayisə etdiyimiz isə yenə başqalarıyla özümüzdür. Əgər özünüzü kifayət qədər ağıllı, kifayət qədər gözəl, kifayət qədər zəif, və s. tapmırsınızsa, özünüzü davamlı tənqid edirsiniz. Bu şəkildə etdiyiniz tək şey öz- özünə inamınızın inkişafına zərər verməkdir. Bu səbəblə ilk addımımız özümüzü tanımaq və sevmək adına olacaq. İlk gün-özünüzlə əlaqədar sevdiyiniz 10 xüsusiyyətinizi bir kağıza yazın və səsli bir şəkildə oxuyun.


    2-ci gün: Özünüzü yaxşı görün, yaxşı hiss edin.

    Geydiyiniz paltarlar, etdiyiniz dəri baxımı və makiyajın, özünə inamınızı ciddi nisbətdə təsir edəcəyini bilirdinizmi? Xüsusilə tələsiklə gedəcəyimiz bir yer olduğunda və ya özümüzü pis hiss etdiyimizdə geyimimizə diqqət göstərmərik. Bundan dərhal imtina etməliyik! Bunun üçün ikinci gün təklifi odur ki, Eyni zamanda gözəl ayaqqabılarınızdan, makiyaj vəsaitlərinizə qədər gözəlliyinizə gözəllik qatacaq hər şeyi artıq göz qarşısında saxlayın.



    3-ci gün: Hədəflərinizi qeyd edin...

    Bəzən "edəcəyəm" və ya "edə bilərəmlər" müvəffəqiyyətlə nəticələnməyə bilər. Özünüzə bir hədəf qoyduğunuzda mütləq təzyiq edici bir faktor da olmalıdır. Hədəflərinizi qeyd etmək burada təxmin edə biləcəyinizdən çox bir motivasiya yaradır. Bu hədəfinizi bacardığınızda onu kağız üzərində görmək belə çox daha qiymətli edir. O zaman üçüncü gün-kağızı qələmi alın və bu həftənin sonuna qədər bacarmağı hədəflədiyiniz mövzuları yazın.


    4--cü gün: Risk edin.

    Ortada bir qarışıqlıq və ya problem olduğunda bir anda evinizə bağlanıb hər şeydən qaçmaqmı istəyirsiniz? O zaman siz risk ala bilmirsiniz və bu vəziyyət də özünə inam əskikliyinin başlıca səbəblərindən biridir. Təkrarlanmış bəzi vərdişlərimiz əslində özünə inamımızı itirməyimizə səbəb ola bilir. Bu səbəblə bir az cəsarətlənib bilinməyənə, vərdişkar olunmağa yönəlmək; risk almaq, təxmin edə biləcəyinizdən daha çox özünə inam qazandırar insana. Ona görə dördüncü gününüzdə daha əvvəl heç etmədiyiniz, hətta etməyə qorxduğunuz bir şeyi edin! Risk edin!


    5-ci gün: Olmursa..

    Beşinci günə gəldiniz və hələ özünüzdə istədiyiniz özünə inamı tapa bilmirsinizsə; buraxın özünüz olun. Unutmayın bəzən sizi narahat edən qorxularınızı məğlub etmənin ən yaxşı yolu, onlarla üzləşmək, vəziyyəti qəbul etməkdir..
#12.07.2010 17:05 0 0 0