Müğənni Samir Piriyevi pis gündə kim dəstəkləyir?

Son güncelleme: 25.08.2011 02:13
  • noimage

    "Şou-biznesdə çoxlarının şəxsi həyatımdakı problemlərə sevindiklərini anladım".
    Day.Az Radio-nun "F.A.N" verilişinin bugünkü qonağı populyar müğənni Samir Piriyev olub.

    Milli.Az xəbər portalı Day.Az-a istinadən bildirir ki, müğənni ilk nikahında məruz qaldığı problem və stresslərdən də danışıb.

    "O vaxt çox sinirlənir, narahatlıq keçirirdim. Təbii ki, qəlbimdəki təlatüm yaradıcılığıma da pis təsir edirdi. Bir az da belə davam etsəydi, studiyanın harada olduğunu unudacaqdım. Əfsuslar olsun ki, şou-biznesdə çoxlarının şəxsi həyatımdakı problemlərə sevindiklərini anladım. İndi hər şey yaxşıdır. Yanımda mənə hər cür dəstək verən və məni anlayan insan var", - S.Piriyev deyib.

    Müğənninin sözlərinə görə, onun üçün stresslə ən yaxşı mübarizə vasitəsi qızı ilə ünsiyyətdir.

    Milli.Az
#25.08.2011 02:13 0 0 0