Xəmiri üçün:
Yarım stəkan şəkət tozu
Yarım su stəkanı düyü unu
Yarım su stəkanı un
1 paket qabartma tozu
1 paket vanil
1yumurta 125 qr marqarin
1 qəhvə fincanı süd
1 çay qaşığı portağal suyu
1 portağalın rəndələnilmiş qabığı
Bəzəmək üçün:
Portağal dilimləri
Təzə nanə yarpaqları
1 stəkan çırpılmış sadə krem
Portağallı kekslər hazırlanması:
Düyü unu, un, qabartma tozu və vanili dərin bir qaba tökün və qarışdırın.
Yumurta və maye şəkəri mikserlə çırpın. Əridilmiş marqarin, süd, portağal suyu və portağal qabığını əlavə edin.
Unlu qarışığı az-az yumurtalı qarışığa əlavə edərək çırpmağa davam edin. Qarışığı yağlanılmış kiçik keks qəliblərinə paylaşdırın.
Əvvəldən isidilmiş 170 dərəcəyə nizamlı sobada 20-25 dəqiqə bişirin. Sobadan alıb soyumağa buraxın.
Keksləri eninə ikiyə ya da üçə kəsin. Hər qatına çırpılmış sadə krem sürüb üst üstə düzün. Portağal dilimləri və nanə yarpaqlarıyla bəzəyin.