Azərbaycanlı pianoçu Fransada konsert verəcək

Son güncelleme: 08.08.2010 15:12
  • noimage





    Gənc Azərbaycanlı pianoçu Günel Mirzəyeva "Penotye" kommunasında (Fransanın cənubu) təşkil edilən musiqi festivalında konsert proqramı ilə çıxış edəcək.

    Lent.az-ın "20h59.com" saytına istinadən verdiyi xəbərə görə, konsert proqramına Şubert, Bax və Rahmaninov kimi böyük bəstəkarların əsərləri daxildir. Avqustun 8-də "Cabardièses de Pennautier" teatrında keçiriləcək konsertə giriş pulsuzdur.


    Qeyd edək ki, 7 yaşından musiqi ilə məşğul olan Günel Bakı Musiqi Akademiyasını bitirəndən sonra təhsilini Londonda "Guildhall school of Music and Drama"da davam etdirib. Gənc musiqiçi indiyədək bir sıra Avropa ölkələrində konsertlər təşkil edib.
#08.08.2010 15:12 0 0 0