Ramazan ayında baş verən hadisələr

Son güncelleme: 13.08.2010 12:01
  • • Hicrətdən üç il əvvəl Peyğəmbrin (s.ə.s) sevimli zövcəsi Həzrət Xədicə Ramazan ayında 65 yaşında vəfat edir. Bu hadisədən üç gün sonra İmam Əlinin (ə) atası Əbu Talib 86 yaşında ( başqa bir rəvayətdə 90 yaşında) vəfat edir.

    • Hicrətin ikinci ilində Peyğəmbər (s.ə.s) Məkkədən Mədinəyə hicrət etdikdən on səkkiz ay sonra Ramazan ayının 17-də cümə günü cihad hökmü verildi və müsəlmanlarla Məkkə müşrikləri arasında ilk müharibə baş verdi.

    • Hicrətin səkkizinci ilində Ramazan ayının 2-ci gecəsi (başqa bir rəvayətə görə 10-cu gecəsi) Peyğəmbər (s.ə.s) Məkkəni fəth etmək yəni müşriklərdən azad etmək məqsədilə Mədinədən xaric olur. Bu hadisə baş verdiyi zaman Orucluq hökmü verildiyi üçün İslam qoşunu oruc idi. Lakin Peyğəmbər (s.ə.s) onlara iftar etmələrini, yəni oruclarını sındırmalarını əmr edir.

    • İmam Həsənin (ə) mövludu. Hicrətin üçüncü ili Ramazan ayının 15-də İmam Əlinin (ə) böyük oğlu İmam Həsən (ə) dünyaya gəlir.

    • Möminlərin əmiri İmam Əlinin (ə) şəhadəti.İslam tarixində Ramazan ayında baş verən mühüm tarixi hadisələrdən biri də hicrətin 40-cı ilində Ramazan ayının 19-cu günü İmam Əlinin (ə) Kufə məscidində Əbdurrəhman İbn Mülcəm tərəfindən zərbətlənməsi olur. İmam Əli (ə) iki gün sonra. Yəni Ramazan ayının 21-i şəhadətə nail olur.

    •Rəvayətə görə 10-cu gecəsi) Peyğəmbər (s.ə.s) Məkkəni fəth etmək yəni müşriklərdən azad etmək məqsədilə Mədinədən xaric olur. Bu hadisə baş verdiyi zaman Orucluq hökmü verildiyi üçün İslam qoşunu oruc idi. Lakin Peyğəmbər (s.ə.s) onlara iftar etmələrini, yəni oruclarını sındırmalarını əmr edir.

    • İmam Həsənin (ə) mövludu. Hicrətin üçüncü ili Ramazan ayının 15-də İmam Əlinin (ə) böyük oğlu İmam Həsən (ə) dünyaya gəlir.
#13.08.2010 12:01 0 0 0