"Mədəniyyət və Turizm Nazirliyinin "Salnamə" kinostudiyası daha bir layihə üzərində işlərə başlayıb.
Burada istehsal olunacaq yeni sənədli film "İşıqlı şəhər" adlanır.
Kinostudiyadan Lent.az-a verilən məlumata görə, filmin ssenari müəllifi və rejissoru Lalə Axundova, operatoru Yuriy Varnauskasdır. "İşıqlı şəhər"də musiqi və görüntülərin fonunda Bakının yeni görünüşü öz əksini tapacaq. Artıq filmin çəkilişləri başlayıb. Sənədli ekran əsəri ayın sonuna qədər hazır olacaq.