Ramazan ayının Fəziləti

Son güncelleme: 17.08.2010 16:16
  • "Ramazana Hörməti Atəşpərəsti Bağışladı"

    Bir Ramazan günü idi. Müsəlman məhəlləsində oturmaqda olan atəşə tapınan bir Atəşpərəstin kiçik uşağı Müsəlmanların arasında çörək yeyirdi. Dərhal atası uşağın bu halını gördü və:

    -Oğlum, Müsəlmanların arasında yemək yeyərlərmi, onlar bu günlərdə oruc tutarlar, onların möhtərəm günləridir, - deyərək uşağı danlayıb evə göndərdi.

    Hər faninin başına gələn ölüm ONU da götürüb apardı, ölümündən sonra şəhərdə olan Allah dostlarından bir çoxu Atəşpərəsti yuxularında cənnətdə gördülər. Halbuki həyatında Allah deyə atəşə ibadət edən bir kimsənin, cənnətə girməsi qeyri-mümkün bir şey idi.

    -Necə oldu bu nemətə çatdın! Biz səni imansız bilərdik. Hətta öləndə cənazə namazını belə qılmadıq. Dediklərində O bu cavabı verdi:

    -Bəli! Doğru söyləyirsiniz. Mən Atəşpərəst idim. Lakin bir gün kiçik oğlum Müsəlman məhəlləsində, onlar oruclu olduğu halda çörək yeyirdi. Mən uşağın onların gözləri qarşısında çörək yeməsinə icazə vermədim. Müsəlmanların hörmət etdiyi bir şeyə mən də hörmət etdiyim üçün Allah mənim ruhumu bir Müsəlman olaraq aldı. Ölüm anında başıma biri gəldi. Mənə "Əşhədu ən la ilahə illalah və əşhədu ənnə Muhammədən əbduhu və resuluh." - dedirtdi və ondan sonra ruhumu təslim etdim, o səbəbdən bu gördüyünüz mükafata qovuşdum, - dedi.



    Hekayənin işarə etdiyi nöqtə budur. Bir Atəşpərəst Ramazan ayına göstərdiyi hörmətdən ötəri imanın dadını alırsa, bəs Allah rızası üçün Rəbbinə inanaraq və güvənərək oruc tutan, dilini dodağını Allah rızası üçün bağlayan, şəhvani duyğu və hislərinə, bir sözlə nəfsinə əziyyət verən bir mömin üçün Ramazan ayının fəziləti necə olacaq! Siz düşünün.

    "Etdiklərinə qarşılıq olaraq, onlar üçün nə qədər sevindirici və göz qamaşdırıcı nemətlərin gizli olduğunu heç kim bilməz."
    Səcdə 32/17
#17.08.2010 16:16 0 0 0