Qazlı suların tarixi

Son güncelleme: 24.08.2010 13:36
  • Qazlı Su Haqqında

    İçdiyimiz qazlı suların kəşfidə bəzi böyük kəşflər kimi gözlənilməz olub.

    İnglis alimi Cozef Pristli pivə zavodunun yaxınlığında yaşadığı müddət,fermentasiya zamanı pivənin nə kimi köpüklər buraxdığını müşaidə edib.O zaman o,2 konteyner suyu qaynayan pivənin üzərinə şəllədi.Bir neçə vaxt sonra su pivə karbonu ilə doldu.Bu suyun dadına baxan alim,onun gözəl dadına valeh oldu və 1767 ci ildə o,ilk qazlı su butulkasını hazırladı.
    1772 ci ildə qazlı suyun açılışına görə Fransa Elmlər Akademiyasına qəbul edildi,1773 cü ildə isə Kral Cəmiyyəti medalına laiq görüldü.
    Bununla yanaşı Pritli ilk dəfə hidrogen-xlorid,ammonyak,kükürtlü qaz və s. açılışın etmişdir.

    1770 ci ildə isə kimyaçıTorbern Ulaf Beqman bir cihaz icad etdi.Bu cihazın köməkliyi ilə artıq daha az miqdarda suyu qazlandırmaq mümkün idi-saturator.
    İoqann Yakob Şvepp- «J. Schweppes & Ñî» şirkətinin yaradıcısı.Bu şirkət qazlı su buraxma sahəsində elə böyük şöhrət qazandı ki,yerindən qalxan qazlı su istesal etməyə başladı.Amma heç biri bu şirkətin suların keçə bilmirdi.1831 ci ildə bu şirkət kral həyətində təchizatçı oldu.
    1870 ci illərdə Tonic Water və Ginger Ale brendlərin istehsalı başladı.Tonic hərbilərin,ən əsasda Hindistanlıların çox xoşuna getdi.Çünkü bu su həm susuzluqu əla yatırır,həmdə malariya xəstəliyinin qarşısını alırdı.
    1886 cı ildən isə Shweppes şirkəti artıq suların satışına başladı.
    İkinci Dünya müharibəsi zamanı şirkətin fəaliyyəti biraz zəyiflədi,amma 1948 ci ildə artıq iki qat uğur əldə etdi.

    1929 cu ildə ABŞ da böhran başladı"Böyük Depresiya",hansı ki bir çox kiçik şirkətləri məhv elədi.Elə bu ildəcə Lithiated Lemon yaradıldı,indi 7Up kimi tanınan.Daha sonra isə siropla qazlı suyun qarışdırılması nəticəsində dadlı soklar yaradıldı(ilk olaraq 1922 ci ildə Coca-Cola).

    Daha sonra tərkibində kofein olmayan içkilər yaradıldı.Bunlar ilk növbədə ABŞ ın bəzi əhalisini(hansısa dinə aid) cəlb etmək üçün yaradıldı.
    Bununla bərabər tərkibində artıq kokain olan içkilərdə yaradıldı.Bunlar isə tələbələri və gəncləri cəlb etmək üçün idi.Sonra isə "enerji içkiləri" (ilk olaraq Red Bull),tərkibində artıq dozada kofein olan içkilər yaradıldı,hansı ki,diskoteka və idmançılar üçün nəzərdə tutulurdu.
    1990 cı illərdə yeni içki istehsalına başlandı.(ilk olaraq"Nantucket Nectars).Bunun tərkibi isə meyvələrdən,kofe,çay və s.ibarət olurdu.
    Beləliklə ABŞ da bu çox növ içkilərlə bərabər adi qazlı su 73 faizlə hamısından öndə idi.

    İndi yalnız ABŞ da bu qədər növ içki olan zavod və fabriklər fəaliyyət görsədir.Birində 200 mindən. çox insan işləyir.
    American Economic Groups firmasının hesabına görə,alkaqolsuz içki buraxılışı ABŞ da 3mln.insanın işini təmin edir.Bununda həcmi 1 ildə 278 milyard dollara çatır.
#24.08.2010 13:36 0 0 0