Yeməli Paltar

Son güncelleme: 13.09.2010 00:51
  • noimage

    Britaniya dizayneri, 22 yaşlı kuturye Emili Kreynin yaratdığı geyimi istifadədən sonra yemək mümkün olacaq.

    Yeni ixtirası ilə gənc dizayner dünya modasının inkişafı istiqamətində önəmli bir addım atıb.

    Lent.az-ın BBC-yə istinadən məlumatına görə, Emilinin yaratdığı "yeməli materialın" tərkibinə dəniz yosunları, jelatin və qida boyaqları daxildir.

    Dizaynerin sözlərinə görə, hər şey kifayət qədər asandır. Həmin materialı hər bir qadın öz mətbəxində hazırlayıb, ondan istədiyi geyim nümunəsini yarada bilər.

    Modelyerin həm kulinariya, həm də dizayner sənəti əsərləri qarşıdan gələn London moda həftəsində nümayiş etdiriləcək.
#13.09.2010 00:51 0 0 0