Kurtlar Vadisi Fələstin'in çəkiliş meydanına basqın

Son güncelleme: 13.09.2010 00:54
  • noimage

    Türkiyədə "Kurtlar Vadisi Fələstin" filminin çəkilişi zamanı gözlənilməz vəziyyət yaranıb.

    Lent.az-ın "Milliyət" qəzetinə istinadən verdiyi xəbərə görə, çəkiliş aparılan ərazidə yaşayan insanlar əli silahlı aktyorları həqiqi terrorçulara bənzədib. Sakinlər dərhal Başakşəhər polis idarəsinə zəng vuraraq, PKK-çıların şəhəri mühasirəyə aldığını deyiblər. Məlumat daxil olan kimi hərəkətə keçən hüquq-mühafizə orqanları əməliyyat keçiriblər.

    Lakin çox keçmədən, ərazidə film çəkildiyi məlum olub və polislər çəkiliş meydanını tərk ediblər.
#13.09.2010 00:54 0 0 0