Şakira hind filmində çəkiləcək

Son güncelleme: 17.09.2010 12:21
  • Dünya şöhrətli müğənni Şakira Hindistan film şirkətlərindən birindən təklif alıb.


    noimage
    Lent.az-ın "Times of İndia" qəzetinə istinadən verdiyi xəbərə görə, tanınmış prodüser Karan Arora kolumbiyalı aktrisaya "Kali - cəngavər ilahə" filmində baş rolu təklif edib. Şakira filmdə Kali rolunu ifa etməlidir. Filmin rəhbərləri baş rola qaradərili aktrisa axtardıqlarından ən yaxşı variant kimi Şakiranı seçiblər. Lakin müğənni rəsmi müqaviləni hələ imzalamayıb, tezliklə müqavilənin imzalanacağı və çəkilişlərə başlanılacağı gözlənilir.

    "Kali - cəngavər ilahə" filmi 3D formatında çəkiləcək. Filmdə hadisələr Londonda cərəyan edir. 2 saatlıq kinonun ssenarisi artıq hazırdır.

    Qeyd edək ki, Şakira bundan əvvəl də bir neçə filmə çəkilib. Onlar arasında ən məşhuru
    "Çirkin Betti" televiziya serialıdır.
#17.09.2010 12:21 0 0 0