Fikrət Sadığın 80 illik yubileyi qeyd olunacaq

Son güncelleme: 05.11.2010 14:25
  • Fikrət Sadıq - Dövlət Mükafatı Laureatı - Gənclik Nəğmələri
    noimage

    Noyabrın 8-də Dövlət Gənc Tamaşaçılar Teatrında Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, Azərbaycan Yazıçılar Birliyinin təşkilatçılığı ilə tanınmış şair Fikrət Sadığın anadan olmasının 80 illiyinə həsr olunmuş tədbir keçiriləcək.

    Nazirlikdən Lent.az-a verilən məlumata görə, tədbirdə yaradıcı ziyalılar və ictimaiyyət nümayəndələri iştirak edəcək, şairin şeirləri səslənəcək.
    Şair, publisist, Dövlət mükafatı laureatı, əməkdar mədəniyyət işçisi, Prezident təqaüdçüsü Fikrət Sadıq 1930-cu il mayın 30-da Şamaxı şəhərində anadan olub. Ədəbi fəaliyyətə tələbəlik illərində universitet nəşriyyatının buraxdığı "Gənclik nəğmələri" almanaxında dərc etdirdiyi "Artist" və "Ana əli" şeirləri ilə başlayıb. Poetik yaradıcılıq və tərcümə ilə məşğul olan şairin 30-dan çox kitabı nəşr olunub. Hazırda Yazıçılar Birliyində poeziya üzrə məsləhətçi işləyir.


    Xəyalə
#05.11.2010 14:25 0 0 0