Mətbəx Məsləhətləri

Son güncelleme: 29.11.2010 11:17
  • Mətbəx Məsləhətləri nedir

    noimage

    Yemək bişirərkən əliniz və ya qolunuz yanarsa, dərhal həmin nahiyəyə yumurta ağı çəkin. O zaman dəridə suluq, qızartı və ləkə qalmayacaq. Çünki yumurta tərkibindəki elementlər dəri qatının hüceyrələri ilə eynidir və dərinin bərpasına kömək edir.

    Ət yeməyi və bulyon hazırlayanda köpük qazanın dibinə çökübsə bir qədər soyuq su əlavə edin. Köpük dərhal üzə qalxacaq və asanlıqla yığılacaq.

    Buzlu balığı bişirəndə tərkibindəki vitaminlər və minerallar itməsin deyə, buzu açarkən suya 10qr duz əlavə edin.
    Mətbəxdən pis qoxunu yox etmək üçün kiçik qabda ətirli otları (nanə, çobanyastığı) bir qədər sirkə ilə qaynadın.


    Düyünü bişirərkən ağlığını saxlamaq üçün suya bir qədər limon və ya limon turşusu əlavə edin.
    Duz qabda quru və narın qalsın deyə, qaba 2-3 ədəd düyü qoyun. Düyü rütubəti özünə çəkir.



    Soğan soyarkən gözlər yaşarmasın deyə ya qabda su qoyub bıçağı suya salıb işladın ya da soğanı duzlayın.

    Müəllif : _stilyawka
#29.11.2010 11:17 0 0 0