Facebook'un yaradıcılarından biri yeni sosial şəbəkə istifadəyə verib

Son güncelleme: 02.12.2010 01:34
  • noimage

    "Facebook" sosial şəbəkəsinin təsisçilərindən biri olan Kriz Hyuz özünün "Jumo" adlı veb-layihəsini yaradıb.

    Lent.az-ın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, yeni sosial şəbəkənin məqsədi xeyriyyəçilik və sosial layihələrlə məşğul olan investorlar və aidiyyəti təşkilatlar arasında əlaqə yaratmaqdır.


    Kriz Hyuzun sözlərinə görə, yeni resurs "zorla ianə almaq üçün" deyil, insanlara "onları narahat edən mövzular" ətrafında daha fəal müzakirələr aparmaq üzrə şərait yaratmaq üçün ərsəyə gətirilib. Burada istifadəçilər özlərinin səhifələrini yarada və müxtəlif mövzulara dair öz münasibətlərini və şərhlərini verə biləcəklər.


    Artıq saytın səhifələrində üç mindən artıq mövzu və qrup yaradılıb. Resurs "Twitter", "YouTube" və "Facebook" kimi populyar portallarla inteqrasiya edilib. Layihənin təsisçisi bildirib ki, "Jumo" "Facebook"la rəqəbət aparmayacaq. Hazırda beta-versiyada olan "Jumo.com" saytında 3,5 mindən artıq akkaunt mövcuddur.

    Qaynaq: Lent.az
#02.12.2010 01:34 0 0 0