Mətanət İsgəndərliyə orijinal Yeni il hədiyyəsi

Son güncelleme: 23.12.2010 23:07
  • noimage
    Mətanət İsgəndərli orijinal Yeni il hədiyyəsi alıb.

    Lent.az-ın məlumatına görə, rejissor Nail Naiboğlu öz ad günündə Mətanət İsgəndərliyə Yeni il ərəfəsində təmənnasız klip çəkib.

    Dekabrın 20-də 35 yaşını qeyd edən Naiboğlu ad gününü çəkiliş meydançasında keçirib. Sözləri Sabir Abdinov, musiqisi isə Nadir Əzimova məxsus olan "Bir gün" adlı mahnıya klipi pavilyonda çəkib.

    Rejissor Lent.az-a açıqlamasında klipi müğənniyə Yeni il hədiyyəsi etdiyini deyib: "Bu klip Mətanətə Yeni il hədiyyəsidir. İllərdir Mətanətlə dostluq edirik. O mənim mənəvi dəstəyə ehtiyacım olduğun halda həmişə yanımda olub. Bu gün mənim nəyəsə ehtiyacım yoxdur, sadəcə mənəvi borcumu qaytarıram".

    Klip yeni il gecəsi tamaşaçılara təqdim olunacaq.
#23.12.2010 23:07 0 0 0