Türkiyənin ATV kanalında yayımlanan "Kurtlar Vadisi Pusu" serialının növbəti 107-ci bölümündə həyəcan daha da artır.
Lent.az filmin saytına istinadən xəbər verir ki, yeni bölüm yanvarın 6-da yayımlanacaq. Yeni seriyanın fraqmentləri göstərilməyə başlanılıb. Fraqmentlərdə Mematinin oğlunu öldürən və dəfn mərasiminə hücum edən Ersoy Mematinin onun evində olduğunu öyrənəndə nə edəcək? Ersoyun evində baş verən partlayışdan sonra Mematiyə nə olacaq? Ersoyun oğlu və arvadını kim oğurlayacaq. Arvadı ilə oğlunu evdə tapmayan Ersoy Polada niyə zəng edəcək.
Polad və Prokuror Leyla gərginlik yaşayacaq. Polad məzarlıqdakı qarşıdurmadan sonra ifadə verməsi lazım olan Leyladan nə istəyəcək? Filmdə bu və digər maraqlı səhnələr yer alıb.