2 ədəd yumurta(1-nin sarısı üzərinə vurmaq üçün saxlayırıq)
İçlik üçün lazım olan ərzaqlar.
4-5 ədəd orta ölçüdə kartof
1 ədəd orta ölçüdə baş soğan.
2 xörək qaşığı duru yağ.
keşniş ,şüyüd.
Duz ,istiot ,sarıkök zövqə görə.
Hazırlanması:
Əvvəlcə xəmir üçün lazım olan ərzaqları götürürük bərk olmamaq şərti ilə xəmir yoğururuq.2saat xəmirin gəlməsini gözləyirik.Sonra xəmirdən kiçik kündələr düzəldirik
Daha sona içliyimizi hazırlayırıq,soğanı doğrayıb yağda qızardırıq,kartofu pürə halına salırıq,göyərtini doğrayıb hamısını birlikdə qızardırıq.
Düzəltdiyimiz kiçik kündələri açırıq, içərisinə hazırladığımız içlikdən əlavə edib bükürük.180dərəcədə,25 dəqiqə ərzində hazır olur.
Nəzərinizə çatdırım ki,bu reseptlə təxminən 18 ədəd orta ölçüdə peraşkilər çıxır.