Müğənni Röyadan xəbərdarlıq

Son güncelleme: 12.01.2011 09:15
  • noimage


    Müğənni Röya internet səhifələrində haqqında yazılan xəbərlərə sərt münasibət bildirib.

    Sənətçi Lent.az-a açıqlamasında bəzi saytlarda xəbərlərin altından yazılan müəyyən şərhlərə, müzakirələrə irad bildirib: "Müzakirələrdə tənqidlər məqsədli olaraq, absurd və xoşagəlməz şəkildə yazılır. Bunları yazan faydalı məşğuliyyəti olmayan bir qrup insan olsa da, pis təsir bağışlayır. Biz sənətçiyik, qərəz obyekti deyilik, düşmənçilik üçün səbəb yaratmamışıq. Belə qaralama kampaniyasına yardımçı olmamaq üçün mətbuat vasitələri arasında seçim etmək məcburiyyətindəyəm. Artıq hər mətbuat orqanı məndən müsahibə ala və xəbər yaza bilməyəcək".

    Lalə Yusifqızı
#12.01.2011 09:15 0 0 0