Xoruldamaq

Son güncelleme: 13.01.2011 12:51
  • Hələ eramızdan əvvəl mövcud olan xoruldamaq şan-şöhrət hesab edilirdi.Xoruldamaq varlılıq əlaməti idi.İlk dəfə 1874-cü ildə ABŞ-da onun bir xəstəlik olduğu aydınlaşdırılıb.Həmin dövrlərdə həkimlər xorultunun dəhşətli fəsadlarından,orqanizmə ziyanından xəbərsiz idi.Son 20 ildə mütəxəssislər xorultunun qorxulu bir xəstəlik olduğunu sübut edib,müalicəsini tapıblar.

    Xorultu səs fenomenidir:

    Xorultu bir xəstəlik olub,ətrafındakı insanlar üçün sosial problemdir.Xorultu yatan zaman nəfəsin dayanması kimi ciddi bir xəstəliyin (yuxuda obstruktiv apnoe) sindromunun əlamətidir.Xorultu havanın beyinə lazımi qədər ötürülmədiyi zaman yaranır.Xoruldayan adamın təzyiqi həmişə yüksək olur.O,ürəyin işemik xəstəliklərindən əziyyət çəkir.

    Bəs səbəb nədir:

    Xroniki xorultunun yaranmasının əsas səbəblərindən biri doyunca yatmamaq,gündüzlər yuxulu olmaqdır.Spirtli içki aludəçilərində,siqaret çəkənlərdə də xorultu xəstəliyi əmələ gəlir.Bundan başqa udlaq əzələlərinin tonusunun azalması,aylıq tsiklin kəsilməsi də xorultu əmələ gətirən amillər sırasındadır.Bütün bu amillər nəfəs yollarının daralmasına səbəb olur.Orqanizmə infeksiya düşməsi də xorultuya gətirib çıxarır.

    Xorultu beynin funksiyasına mənfi təsir göstərir.Beyin daima oyaq olur.Xorultu zamanı insanın orqanları istirahət etmir.

    Kimlər risk altındadır?

    Burun boşluğu və udlağı anadangəlmə dar olanlar.

    Qırtlağı dar olanlar.

    Alt çənəsində geriyə dartılma olanlar.

    Badamcıqları böyüyənlər.

    Kök adamlar.

    Vaxtının çoxunu kompyuter arxasında keçirənlər.

    Çoxlu fast-food yeyənlər.
    Müəllif: _RIANA_
#13.01.2011 12:51 0 0 0