Mətbəx Sırlərını Öyrənin

Son güncelleme: 08.03.2011 22:43
  • Mətbəx Sırlər Melumat

    - Acıtmalı xəmir edirsinizsə içinə 1 qaşıq karbonat əlavə edin, xəmirinizin daha tez qabardığını görəcəksiniz.

    - Sosislərin partlamasının qarşısını almaq üçün soba ya da tavada qızartmazdan əvvəl soyuq südə batırmaq kifayət edər.

    - Tərəvəzləri, xiyarı, salatlıqları duzlu, sirkəli suda saxlasanız asan soyulduğunu görəcəksiniz. Badımcanları yarım saat duzlu suda saxlasaq acısı cıxmış olar.

    - Pomidorları asan soymaq üçün arxasından bıçaqla müsbət işarəsi qoyun sonra 1-2 dəqiqə qaynar suda saxlayın, işarə qoyduğunuz yerdən soymağa başlayın.

    - İstifadə etdiyiniz sousların xarab olmaması üçün üstünə zeytun yağı əlavə edin.

    - Göbələk yemeyi bişirdiyiniz vaxt ağ bişməsi üçün yarım saat limon və sirkəli suda saxlayın bişirərkən də üzərinə 1 fincan süd tökün.

    - Ciyər qovurması bişirərkən, yarım saat öncədən (ciyəri yuduqdan sonra) qaynar suda saxlayın, dadının çox gözəl olduğunu görəcəksiniz.

    - Ciyərləri qızartma bişirərkən, bulayacağınız unun içinə bir qaşıq karbonat əlavə edin ciyərin daha yumşaq qızaracağını görəcəksiniz.

    - Qaynadılmış yumurtaların çatlamağından şikayət edirsinizsə, yumurtanı qaynadarkən suyuna bir az duz əlavə edin. Çartlamadan qaynadığını görəcəksiniz.

    - Sobada bişirəcəyiniz toyuqların nar kimi qızarmasını istəyirsinizsə yağladıqdan sonra üzərinə bir az toz şəkəri səpin.

    - Hazırladığınız pizza xəmirini daha yumşaq olmağını istəyirsinizsə xəmiri hazırlayarkən adi un ilə kartof nişastasını yarı-yarıya istifadə edin.

    - Meyvəli tort hazırlayarkən torta qoyacağınız meyvələri şəkərə bulayaraq qoysanız tortunuz daha uzun müddət təravətini qoruyacaq, meyvələr tez xarab olmayacaq.

    - Kartof qızardarkən, kartofun çox yağ çəkməyinin qarşısını almaq üçün qızartmadan öncə süd dolu bir qabda bir qıdır saxlayın. Kartoflar tikə-tikə qalsın istəyirsinizsə qızartmadan öncə una bulayın və duzu qızartdıqdan sonra səpin.

    - Duz rütubətssiz yerdə saxlanmalıdır. Duz qabılarınızın içində 15-20 ədəd düyü saxlasanız rütubəti özünə çəkər.

    - Nahar ya da çay süfrəsi üçün hazırladığınız xəmir qızartmalarının daha ləziz olmasımı istəyirsinizsə xəmirə əlavə etdiyiniz qabartma tozuna bir az toz şəkər əlavə edin. Bu zaman həm ləzzəti artacaq həm də çox qəşəng qızaracaq.

    - Kələm, gül kələm, soğan kimi kəskin iyli yeməklər bişirərkən qazanın qapağını aralı qoysanız, iyin yeməyə qarışmasının qarşısını almış olacaqsınız.

    - Tərəvəz yeməyi bişirilərkən yeməyə qatacağınız su isti olmalıdır. Yaşıl rəngli tərəvəzlərin rəngini qorumaq üçün qazanın qapağını aralı tutaraq buxarı çıxarmaq lazımdır.və ya pəncərənin qapağı tez-tez açılaraq bişirilməlidir.

    -Tərəvəzlər qaynadılaraq istifadə ediləcəksə, qaynatma suyuna əlavə olunacaq bir miqdar sirkə, tərəvəzlərin rənginin qorunmasını təmin edəcək.

    - Tərəvəzlər qaynadılaraq istifadə olunacaqsa, qaynatma suyuna əlavə olunacaq bir miqdar sirkə, tərəvəzlərin rəngini qoruyacaq.

    - Şirin və ya duzlu xəmir işlərini görərkən xəmirin üzərini bezlə örtərək 30 dəqiqə soyuducuda qalmasına diqqət edin. Hazır olan xəmirin daha yumşaq, daha yaxşı açıldığını görəcəksiniz. Hətta 1 gün şkafda da saxlaya bilərsiniz. Xəmiri şkafdan çıxardıqdan sonra yarım saat ilıq bir yerdə saxlayın onda sonra nə etmək istəyirsinizsə edin..

    - Yumurtaları rahat soymaq üçün, qaynar sudan çıxardıqdan dərhal sonra soyuq suya qoyun və bir az gözləyin.

    - Yemeyin duzunu çox atmısınızsa qazana bir neçə kartof soyub atın o artıq duzu götürəcək.
#07.02.2011 13:34 0 0 0
  • Teşekkürler canım..
#08.03.2011 22:43 0 0 0