Mübarəkin istefa verəcəyi gözlənilir

Son güncelleme: 10.02.2011 21:12
  • noimage


    Qərb agentlikləri xəbər verir ki, Misir prezidenti Mübarək bu axşam istefa verə bilər.

    Tezliklə onun dövlət televiziyasından xalqa müraciət edəcəyi gözlənilir.

    Bu arada Misirdə kütləvi etirazlara qoşulanların sayı artıb.

    Fevralın 10-da - etirazların 17-ci günü Qahirənin Təhrir meydanına ordu komandirlərindən biri gələrək etirazçılar qarşısında çıxış edib - "siz nə tələb edirsinizsə, yerinə yetəcək" deyib.

    Amerikanın Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri Panetta da onlara Mübarəkin istefa verəcəyi haqda məlumat daxil olduğunu deyib.

    Amma Misirin informasiya naziri prezidentin istefa verəcəyi haqda xəbərləri təkzib edib.

    Fevralın 10-da Təhrir meydanına ağ xalatlı həkimlər və qara kostyumlu vəkillər də gəliblər.

    Müxalifət ümid edir ki, tətil edən həkimlər, vəkillər və başqa peşə sahibləri mitiqnlərə qoşularsa, Mübarəkə qarşı etirazlların 2-ci dalğası başlanacaq.

    Hökumət isə müxalifəti əksinə kütləvi aksiyalara məhdudiyyət qoymaqla və komendant saatı tətbiq etməklə hədələyib.

    İndi etirazçılar Qahirədə iki yerdə toplaşır. Təhrir meydanında və parlament binası qarşısında.

    Bu arada parlament binasında və onun qarşısında əsgərlərin sayı artırırlıb.

    Vitse-prezident Ömər Süleyman isə kütləvi aksiyaların böyüməsinin əleyhinədir. O açıq şəkildə deyib ki, ordu məsələyə müdaxilə edə, hərbi çevriliş ola bilər.

    Süleymanın hədələrinə cavab olaraq müxalifət fevralın 11-də Qahirənin küçələrinə rekord sayda insan çıxarmaq niyyətindədir.

    Cümə namazından sonra Təhrir meydanına milyondan çox insanın toplaşacağı gözlənilir.

    Bu arada Süleymanla danışıqlarda iştirak edən partiyalardan biri - solçu Taqamma partiyası elan edib ki, hökumətin səsləndirdiyi hərbi çevriliş hədələrinə görə danışıqlardan çıxır.

    Amma Taqamma kiçik partiyalardandır.

    Təhrir meydanında isə söhbətlər gedir ki, onlar dövlət televiziyasının da ətrafına toplaşsınlar, bundan başqa prezidentin yaxşı qorunan sarayına tərəf getsinlər.

    Aksiyaçıları həvəsləndirən həm də odur ki, həmkarlar təşkilatları da tətillərə başlamaq qərarı veriblər.

    Müxtəlif sahələrdə çalışan insanlar da korrupsiya və kasıblığa qarşı aksiyalar keçirmək niyyətindədirlər.

    Misirin xarici işlər naziri Ahmed Aboul Gheit fevralın 10-da Amerika televiziyasına müsahibəsində deyib ki, ABŞ Misir məsələsində öz iradəsini diqtə etməyə çalışır.


    Misir üsyanı haqda bütün yazılar

    "ABŞ Misir kimi qüdrətli ölkəyə - uzun illər dostluq etdiyi ölkəyə öz iradəsini edir. Halbuki prezident Mübarək artıq islahatlara başlayıb. Öz "yol xəritəsi"ni açıqlayıb. Vitse-prezidentə də tapşırıb ki, müxalifətlə bu barədə danışıqlar apasrsın.

    Bu arada yayılan məlumatlara görə, Səudiyyə kralı ABŞ prezidenti Obamaya zəng vuraraq deyib ki, əgər Amerika Misirə verdiyi 1,5 milyard dollarlıq yardımı kəssə, bu pulu Misirə Səadiyyə Ərəbistanı verəcək.

    Menbe:Azadlıq Radyosu...Rövşən Qənbərov
#10.02.2011 21:12 0 0 0