Köhnə İnsanın Yeni Duyğusu

Son güncelleme: 22.02.2011 16:49
  • Mən ömrümdə qətiyyən belə bir qız görməmişdim.
    O heç də fantastik dərəcə də gözəl qız deyildi lakin mənim gözəllik haqqında da öz əqidəm vardır.
    Onda çox böyük nəsillik əlamətləri var idi..
    Nəsillilik bəzi işlərdə olduğu kimi qadınlar üçün də böyük işdir:Bu kəşf gənc Fransaya mənsubdur.

    Bu, yəni mən Fransanı demirəm,cinsiyyət, çox vaxt qızın yerişindən,əlindən və ayağından bilinir : Xüsusilə burnun çox əhəmiyyəti vardır.
    Rusiyada düz buruna az təsadüf olunur,xırda ayaqdanda nadir tapılır.Həmin qızın 20dən artıq yaşı olmazdı.

    Boynunu ancaq özünəməxsus sürətdə əyməsi,uzun şabalıdı saçları,boynunun və çiyinlərinin xəfifçə qaralmış dərisinin qızıla çalan rəngi və xüsusilə düz burnu-bütün bunlar ağlımı başımdan almışdı.

    Onun düşüncəli baxışlarından sakit və şübhəli şeylər oxuyurdumsa da,təbəssümündə anlaşılmaz bir şey vardısa da,yenə də belə bir əqidəyə gəlmişdim ki,onun sakitliyi və nəvazişliliyi məni dəli-divanə edir: Mən Gothe-nin Minonunu ( Minona-Gothenin "Vilhem Meyster" romanin qəhramanıdır.)- onun alman təxəyyülünün yaratdığı bu ecazkar xilqəti tapmış olduğumu zənn etdim: doğruanda da qızla Minona arasında bənzəyiş çox idi : eyni oynaqlıqdan tam sükunətə keçmək,eyni müəmmalı danışıq,eyni ifadəolunmazlıq və əcaib mahnılar........

    "Gözəl qız, de görüm , bu gün damın üstündə nə edirdin?"-deyə soruşdum.

    -Küləyin hansı cəhətdən əsdiyinə baxırdım.

    -Külək sənin nəyinə lazımdır?

    -Külək əsən tərəfdən sədaət gəlir.

    -Necə yəni ?Bəxtiyarlığı mahni oxumaqlamı çağırırdın?-deye soruşdum

    -Mahnı oxuyan yerdə bəxtiyarlıq olar.-deyə tez cavab verdi.

    -Birdən bəlkə sənin mahnın başına bəla açdı ?

    -Nə olar ki? Yaxşı olmayan yerdə yaman ki olar : yamanlıqla yaxşılıq arasında isə çox məsafə yoxdur.

    -Bəs yaxşı bu mahnını sənə kim öyrədib?

    -Heç kim öyrətməyib : ağlıma gəlir oxuyuram : eşitməli olan eşidər,eşitməli olmayan anlamaz...

    -Bəs sənin adın nədir nəğməkar qız ? -sualıma isə...

    -Ad qoyan bilir - deyə gülərüzlə cavab verdi

    - Sənə bu adı kim qoymuşdur ?

    -Nə bilim.

    -Sən nə sirrverməz qızsan.! Amma mən səni dünən gecə sahilə getdiyini gördüm.
    -Qız utandı,başı aşağı vəziyyətdə gülümsədi və getdi...
    Oğlan da həmçinin...
    Kiçik təbəssüm bu insanların arasında ən yaxın məsafə idi....
    Çünki oğlan məhz dünən gecə qızı sahil qırağında görüb aşiq olmuşdu.....

    Alıntı...
#19.02.2011 17:27 0 0 0
  • Tşkler Kardeşim
#19.02.2011 17:41 0 0 0
  • Cok Saolun Güzel Paylaşım...
#21.02.2011 19:33 0 0 0
  • bazı harfleri okumakta zorlandım gene de elinize sağlık...
#21.02.2011 19:35 0 0 0
  • Rəca ədirəm...
#22.02.2011 16:49 0 0 0