Müğənni Vasif Məhərrəmli tövbə etdi

Son güncelleme: 23.02.2011 00:37
  • noimage

    Azərbaycanın estrada müğənnisi Vasif Məhərrəmli yazılı mətbuata müsahibə verməyə tövbə edib.

    Bu barədə müğənni özü Lent.az-a bildirib: "Qəzet və jurnallarda, eləcə də internet portallarında çalışan jurnalistlər bu açıqlamadan inciyəcəklər. Bundan sonra mən yalnız maqazin proqramlarına müsahibə verəcəyəm".


    Müğənni "mehriban olduğu həmkarları"na da müraciət edib: "Ən böyük həqiqət vaxtdır. Yəqin bir neçə gün, həftə ötdükdən sonra pərəstişkarlarım görəcəklər ki, heç bir mətbuat orqanında müsahibəm çıxmır. Bədxahlarıma gəlincə isə deyə bilərəm ki, bəzi düşmənlərim mənə irəli getməkdə çox böyük stimul verirlər. Allah onlara can sağlığı versin!"

    Leyla
#23.02.2011 00:37 0 0 0